Ana səhifə / Cəbhə Xəbərləri / Ermənistanın 36 hərbçisi yaralandı – Digər itkilər hələ də gizlədilir

Ermənistanın 36 hərbçisi yaralandı – Digər itkilər hələ də gizlədilir

Azərbaycanla sərhəddə, Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı Ermənistan ordusu yüzə yaxın hərbçisini itirib. Düşmən tərəfi itkiləri gizlədərək yalnız 36 hərbi qulluqçunun yaralandığını etiraf edib.

 İşğalçı ölkənin İstintaq Komitəsi yaralılardan 20-nin xəstəxanaya yerləşdirildiyini bildirib. Digər ölən və ağır yaralanan erməni hərbçilər barədə məlumat verməkdən imtina ediblər.

Gün ərzində itkilərin daha bir qisminin ictimaiyyətə açıqlanacağı gözlənilir. Sosial şəbəkələrin Ermənistan seqmentində yer alan məlumatlar bu ölkənin rəsmi qurumlarının ictimaiyyəti aldatdığını, itkiləri gizlətdiyini bir daha təsdiqləyir.

Xatırladaq ki, Ermənistan tərəfinin çoxsaylı itkiləri olsa da, hələki faktları gizlətməyə çalışır. İndiyədək guya 4 hərbçisinin öldüyünü açıqlayıb. Azərbaycanın Müdafiə Nazirliyinin yaydığı son məlumata əsasən, Tovuz rayonu istiqamətində gedən döyüşlərdə Ermənistan silahlı qüvvələrinin bölmələri ölü və yaralı olaraq yüzə yaxın hərbi qulluqçusunu itirib. Azvision.az

Həmçinin oxuyun

Paşinyan kəndləri qaytarmağı yubadır, hərbi yola əl atılacaq – “Calber”

“Ermənistanın baş naziri Nikol Paşinyanın Tavuş bölgəsində yaşayan ermənilərlə görüşündə işğal olunmuş 4 Azərbaycan kəndinin …