Ana səhifə / Cəbhə Xəbərləri / Ermənistanda döyüşçü qıtlığı – döyüşə ələngələr gedir

Ermənistanda döyüşçü qıtlığı – döyüşə ələngələr gedir

Pandemiya ilə əlaqədar Ermənistandan Rusiyaya da səfər etmək mümkün deyil. Bundan başqa, Rusiyada pandemik vəziyyət son günlər daha da acınacaqlı hala düşüb. Ölkə rəsmiləri sərt tədbirlər həyata keçirməyə başlayıb. Bu isə o deməkdir ki, Ermənistan vətəndaşları belə tezliklə Rusiyaya səfər edə bilməyəcək.
Lakin gənclər hər hansı yol tapıb Ermənistanı tərk edirlər. Bu səbəbdən də Ermənistanda muzdlu terrorçular və keçmiş döyüşçülərdən istifadə etməli olurlar. 
Nəzər almaq lazımdır ki, 26 ildən artıqdır döyüşlər olmur. 1994-cü ildə döyüşən gənclərin indi 50 və 50-dən yuxarı yaşı var. Bu isə o deməkdir ki, Ermənistan Qarabağa yaşı 50-ni keçən vətəndaşlarını göndərməyə məcbur olur. Onlar da ağır sosial vəziyyətə görə vəd edilən müəyyən maliyyə məbləği qarşılığında döyüşə getməklə razılaşırlar.
Elə Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki keçmiş erməni döyüşçülər də bu yaşda olar. Bu baxımdan Ermənistan döyüşmək üçün canlı qüvvə sarıdan da çətinlik çəkir. Belə çıxır ki, oktyabrın 9-da qəbul edilən humanitar atəşkəsdən sonra Ermənistan silah-sursat və hərbi texnika, bir müddət sonra isə canlı qüvvə toplamaq üçün beynəlxalq vasitəçilərə müraciət edəcək.
Sədrəddin Soltan(report.az)

Həmçinin oxuyun

Paşinyan kəndləri qaytarmağı yubadır, hərbi yola əl atılacaq – “Calber”

“Ermənistanın baş naziri Nikol Paşinyanın Tavuş bölgəsində yaşayan ermənilərlə görüşündə işğal olunmuş 4 Azərbaycan kəndinin …