Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəbhə Xəbərləri / Ermənistan Azərbaycanla sərhəddə “İsgəndər”lər yerləşdirmək istəyir

Ermənistan Azərbaycanla sərhəddə “İsgəndər”lər yerləşdirmək istəyir

Yerevanın Azərbaycanla sərhəddə “İsgəndər” kompleksləri yerləşdirmək planları haqda informasiya əlavə tədqiqat tələb edir.

“İnterfaks-Azərbaycan” bildirir ki, bunu xarici işlər naziri Elmar Məmmədyarov deyib.

E.Məmmədyarov qeyd edib ki, Ermənistanın “həmişə şişirdilmiş niyyətləri” olur.

Qeyd edək ki, bu günlərdə erməni KİV-i bildirirdi ki, Rusiya Ermənistana silahların nəqli üçün daha bir dövlət ixracat krediti verəcək.

“Əvvəlkilərdən fərqli olaraq, yeni kredit faizlərsiz veriləcək. Bu vəsaitə erməni tərəfi yeni “İsgəndər” kompleksləri alacaq, hansılar ki, Azərbaycanla sərhəddə yerləşdiriləcək”, – deyə erməni nəşri “Jamanak” öz mənbələrinə istinadən yazmışdı.

Yeri gəlmişkən, virtualaz.org xatırladır ki, Azərbaycanın müdafiə naziri Zakir Həsənov bu vəzifədə olduğu müddət ərzində xarici KİV üçün ötən il iyulun ortalarında verdiyi ilk müsahibəsində bildirmişdi ki, Azərbaycan Silahlı Qüvvələri Ermənistanın “İsgəndər” komplekslərinin raketlərini vura biləcək silahlara malikdir: “Mən müdafiə naziri olaraq bəyan edirəm ki, biz bu raketləri vura bilərik. Bizdə həmin raketlərin sayı 50 dəfə çoxdur. Sözlərimə görə tam məsuliyyət daşıyıram. Əgər onlar həmin silahı tətbiq etsələr, təsəvvür edin, infrastruktur və hərbi obyektlərə cavab atəşi necə olacaq?!

…Haqqında bəhs etdiyim raketlər Rusiyadan alınmayıb, amma keyfiyyətcə geri qalmır. Artıq vəziyyəti modelləşdirib döyüş atışları keçirmişik. Nəticə əladır!”.

Həmçinin oxuyun

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Aprelin 9-u saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində …