Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəbhə Xəbərləri / Ermənilərin əlində girov olan Şahbaz Quliyev ailəsinə videomüraciət göndərdi

Ermənilərin əlində girov olan Şahbaz Quliyev ailəsinə videomüraciət göndərdi

Erməni girovluğunda olan Şahbaz Quliyev ailəsinə video görüntü göndərib.Bu barədə APA-ya Ş. Quliyevin əmisi oğlu Natiq Quliyev məlumat verib.

Onun sözlərinə görə, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Ş. Quliyevin video görüntüsünü ailəsinə çatdırıb.

Video müraciətdə Ş. Quliyev əhvalının yaxşı olduğunu dilə gətirib, ailə üzvlərini anasından və qızından muğayat olmağa çağırıb.

Video görüntüdə Şahbaz Quliyevin vəziyyətinin o qədər də yaxşı olmadığı müşahidə edilib: “Şahbaz çox arıqlayıb, çətinliklə nəfəs aldığı açıq şəkildə hiss olunurdu. Bildiyimizə görə onun qara ciyərinin sıradan çıxmaq təhlükəsi var”.

N. Quliyev bildirib ki, BQXK nümayəndələri ailəsi baxdıqdan sonra görüntüləri özləri ilə aparıblar. N. Quliyev həmçinin qeyd edib ki, Ş. Quliyev 2015-ci ildə əməliyyat olunub, onun öd kisəsi götürülüb. Əməliyyat müsəlman ölkələrin birindən gəlmiş həkim tərəfindən həyata keçirilib. Həmin həkim o vaxt Azərbaycana gələrək ailəsinə Ş. Quliyevin əməliyyatdan sonrakı durumu barədə məlumat verib.

Həmçinin oxuyun

Paşinyan kəndləri qaytarmağı yubadır, hərbi yola əl atılacaq – “Calber”

“Ermənistanın baş naziri Nikol Paşinyanın Tavuş bölgəsində yaşayan ermənilərlə görüşündə işğal olunmuş 4 Azərbaycan kəndinin …