Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəbhə Xəbərləri / Erməni əsgərin valideynləri: “Oğlumuzu qrup şəklində öldürüblər”

Erməni əsgərin valideynləri: “Oğlumuzu qrup şəklində öldürüblər”

İşğal altında olan Qarabağda öldürülən erməni əsgərinə görə heç kim cəzalandırılmayıb.

 

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, 2015-ci ildə Dağlıq Qarabağda yerləşən qanunsuz hərbi hissələrdən birində, rəsmi versiyaya görə, intihar edən erməni əsgəri Harutyun Hambaryanın işi üzrə adı keçən Smbat Hayrapetyan 2,5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib, lakin hökm şərti olaraq tətbiq olunmayıb və sınaq müddəti 1 il seçilib.

Ölən erməni əsgərinin qohumlarının iddisına görə, məhz Smbat Hayrapetyan və bir neçə digər hərbi qulluçular Hambaryanın sui-qəsdini təşkil ediblər.H ambaryanın ölümü dərhal özünə qəsd olaraq dəyərləndirilib, cinayət işi qaldırılsa da, cinayət törədən şəxsin mövcud olmamasına görə işə xitam verilib.

«Sülh dialoqu» ictimai təşkilatının hərbi eksperti Ruben Martirosyan və ölən erməni əsgərin qohumları kifayət qədər dəlil, sübut təqdim etsələr də bu da nəzər alınmayıb. Belə ki, özünəqəsd edildiyi deyilən silahdan açılan atəşin uzaq məsafədən açıldığını, silah və silahın güllə xəzinəsində ölən hərbi qulluqçunun barmaq izləri aşkarlanmayıb. Qeyd edilən faktlara əsaslanan valideynləri, Harutyun Hambaryanın qrup şəklində öldürüldüyünü iddia edirlər. Valideynləri iddia edirlər ki, ölüm işində o zaman Qarabağdakı qanunsuz hərbi qurumun rəhbəri olan, hazırda Ermənistan ordusunun baş qəraragah rəisi Movses Hakopyanın qohumu, “casta baxan” Sasun Hakopyan və adı qeyd edilən Smbat Hayrapetyanın da olması istisna edilmədiyindən cinayət işi ört-basdır edilib.

Eyni işlə əlaqədar 5 hərbi qulluqçuya qarşı cinayət işi açılıb. Onlar ölən Harutyun Hambaryanla, Sasun Hakopyan və Smbat Hayrapetyan arasında mübahisələrin olduğunu bilib, lakin birbaşa komandirlərinə məlumat verməməkdə ittiham olunurlar. Sözügdən 5 cinayət işinin vaxtı keçdiyinə görə 3 nəfərə qarşı işə xitam verilib.

Smbat Hayrapetyan və baş leytenant Haykaz Matevosyanla bağlı yanvarın 22-də məhkəmə qərar verib.

Hərbi ekspertin fikirlərinə görə, ölüm hadisəsini Smbat Hayrapetyan, Sasun Hakopyan və bir neçə başqa şəxs törədib. Məhkəmə Smbat Hayrapetyanı özünü sığortalamaq üçün mühakimə edib. Yeganə şahid olan Smbat Hayrapetyanın verdiyi izahatlar arasında ziddiyətlər olduğunu deyən, hərbi ekspert, həm də istintaqın sürətli aparılması və tez bir zamanda hökm oxunmasına qarşı olduğunu da qeyd edib. Onun sözlərinə görə, istintaq kifayət qədər ədalətli aparılmayib və sifarişli olub.

Ölən hərbi qulluqçunun valideynləri və onların vəkilinin tələbindən sonra, iş yenidən ilkin istintaq orqanına qaytarılıb.

Həmçinin oxuyun

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Aprelin 9-u saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində …