Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəbhə Xəbərləri / Düşmən hərbçiləri arasında dava: Ermənistandan gələnlər döyüşə girmək istəmir…- VİDEO

Düşmən hərbçiləri arasında dava: Ermənistandan gələnlər döyüşə girmək istəmir…- VİDEO

Azərbaycan ordusunun sarsıdıcı zərbələri altında hər gün ağır itkilər verən və geri çəkilən Ermənistan ordusunda kütləvi fərariliyin, mövqelərin özbaşına tərk edilməsi hallarının və könüllülərin döyüşə girməkdən imtina edərək qaçmasının kütləvi hal aldığı barədə Müdafiə Nazirliyi operativ məlumatlarında bildirir.

İndi düşmən ordusunda çürümənin və deqradasiyanın sübutu kimi yaxın məsafədən çəkilmiş sensasion videokadrlar yayılıb. Kadrlara əsasən Cəbrayıl, yaxud Füzuli ərazilərində (relyefə əsasən) yerləşən düşmən hərbi bölmələrindən birində komandirlə Ermənistandan gələn “könüllülər” arasında əlbəyaxa davaya qədər gedib çıxan qarşıdurma baş verir.

Komandir Ermənistandan gələnləri ağır söyüşlərlə təhqir edərək onların “qərargahda gizlənib günlərini keçirdiklərini” deyir. Buna cavab olaraq “könüllü” ona söyüşləri yığışdırmaq barədə xəbərdarlıq edir, amma komandir dayanmır və Ermənistandan gələnlərə söyüşlər yağdırır. “Onda biz döyüş mövqeyinə getmirik, qoy qarabağlılar özləri döyüşsün, biz sizin üçün top yemi (“puşeçnaya myasa”) deyilik”,-ermənistanlı bildirir. Ardınca onların arasında əlbəyaxa dava başlayır…

Həmçinin oxuyun

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Aprelin 9-u saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində …