Ana səhifə / Cəbhə Xəbərləri / Dövlət sərhədində mövqelərimiz atəşə tutulub

Dövlət sərhədində mövqelərimiz atəşə tutulub

Dövlət sərhədində mövqelərimiz atəşə tutulub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

“Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Tovuzqala rayonunun Müsürskənd və Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən mayın 31-i axşam saatlarından iyunun 1-i gecə saatlarınadək Azərbaycan Ordusunun Tovuz rayonunun Ağdam və Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb”, – məlumatda qeyd olunub.

Həmçinin oxuyun

Paşinyan kəndləri qaytarmağı yubadır, hərbi yola əl atılacaq – “Calber”

“Ermənistanın baş naziri Nikol Paşinyanın Tavuş bölgəsində yaşayan ermənilərlə görüşündə işğal olunmuş 4 Azərbaycan kəndinin …