Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəbhə Xəbərləri / Deputatlardan hökumətə “qanpulu” müraciəti: “Ötür-ötür gedir, insanların bir hissəsi dünyasını dəyişir”

Deputatlardan hökumətə “qanpulu” müraciəti: “Ötür-ötür gedir, insanların bir hissəsi dünyasını dəyişir”

“Qarabağ müharibəsi iştirakçılarına 50 manat kompensasiya verilir. Ancaq elə təyin olunan gündən bu vəsait 50 manatdır, dəyişmir. Hansı ki, xərclər, qiymətlər dəyişib”.

Deputat Sitavuş Novruzov bunu Milli Məclisdəki müzakirələr zamanı söylədi.

O da həmkarlarının qaldırdığı “qanpulu” ilə bağlı fikirləri müdafiə etdi, hökumətdən nəhayət, bu məsələyə nöqtə qoymasını xahiş etdi: “Ötür-ötür gedir, insanların bir hissəsi dünyasını dəyişir. Ona görə köklü şəkildə bu məsələ həll olunmalıdır. Ya da elan olunmalıdır ki, Milli Məclisin bu məsələyə heç bir aidiyyatı yoxdur. Elə etmək lazımdır ki, vətəndaşımız dövlətdən narazı qalmasın”.

Deputat Əfqanıstan müharibəsi iştirakçılarına və Çernobıl əlillərinə də mənzil ayrılmasını təklif etdi: “Onlar öz xoşuna ora getməyiblər ki, o zaman vətən ora hesab olunurdu, hara göndərirdilərsə, gedirdilər. Ona görə də fərq qoymadan bu insanlara da mənzil verilməlidir”.

Deputat Qənirə Paşayeva da əlillərin sığorta haqqı ilə bağlı həmkarının fikirlərini səsləndirdi: “Hazırda 1200 insanın əlində məhkəmə qətnaməsi var. Məhkəmə qərar çıxarıb ki, bu insanlara vəsait ödənilməlidir. Hara gediriksə, bu prosesə nə vaxt başlanacağı barədə bizə sual verirlər. Ən azı həmin ailələrdən başlayıb, əllərində məhkəmə qərarı olanların məsələsini həll etmək lazımdır”.

Həmçinin oxuyun

Paşinyan kəndləri qaytarmağı yubadır, hərbi yola əl atılacaq – “Calber”

“Ermənistanın baş naziri Nikol Paşinyanın Tavuş bölgəsində yaşayan ermənilərlə görüşündə işğal olunmuş 4 Azərbaycan kəndinin …