Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəbhə Xəbərləri / Cəbrayılda məhv edilən erməni polkovnik Azərbaycan dilində danışırmış – FOTO

Cəbrayılda məhv edilən erməni polkovnik Azərbaycan dilində danışırmış – FOTO

44 günlük Vətən Müharibəsində Azərbaycan Ordusu tərəfindən məhv edilən erməni döyüşçüləri arasında hərbçilərlə yanaşı xeyli sayda könüllü, muzdlu və terrorçular da var.5 mindən çox itki verən Ermənistan ordusunun gizlətdiyi ölü siyahısında xüsusi xidmət orqanları əməkdaşlarının da adları yer alır.

Onlardan biri yüksək rütbəli erməni zabiti Vahaqn Tumasyandır. Atasının erməni KİV-lərinə bildirdiyinə görə, Tumasyan Cəbrayıl istiqamətində xüsusi əməliyyatda iştirak edib.

“Oğlum polkovnik-leytenant Tumasyan əməliyyatdan sonra 12 oktyabrda təkbaşına digər istiqamətdə vacib bir tapşırığı yerinə yetirməyə gedib. Orada onunla birlikdə xüsusi dəstənin komandiri, polkovnik-leytenant Vahaqn Asatryan da öldürülüb”, – Tumasyanın atası deyib.

Onun sözlərinə görə, oğlu Vahaqn Tumasyan Azərbaycan dilində sərbəst danışa bilirmiş. Azvision.az

Həmçinin oxuyun

Paşinyan kəndləri qaytarmağı yubadır, hərbi yola əl atılacaq – “Calber”

“Ermənistanın baş naziri Nikol Paşinyanın Tavuş bölgəsində yaşayan ermənilərlə görüşündə işğal olunmuş 4 Azərbaycan kəndinin …