Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəbhə Xəbərləri / CƏBHƏDƏ DÜŞMƏN TƏXRİBATI: erməni mövqeləri cavab zərbəsi ilə susduruldu

CƏBHƏDƏ DÜŞMƏN TƏXRİBATI: erməni mövqeləri cavab zərbəsi ilə susduruldu

Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax və Ağstafa ra­yonları istiqamətində müdafiə və mühafi­zəsini həyata keçirən Döv­lət Sərhəd Xidmətinin Sərhəd Qoşun­larının “Qazax” əla­hiddə sərhəd diviziyasının döyüş mövqelərinə qarşı düş­mən tərə­finin təx­ribatları davam edir.

Mia.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat verilib:

“Yanvarın 15-i saat 16:00 radələrindən başlamaqla Qazax ra­yo­nunun Məzəm kəndi istiqamətindəki sərhəd döyüş məntə­qələrimiz və Qazax rayon mərkəzindən Məzəm kəndinə gedən avtomobil yolu Ermənistanın İcevan rayonunun Berkaber kəndi yaxın­lığında yerləşən Er­mə­nistan Silahlı Qüvvə­lərinin bölmələri tərəfin­dən iri çaplı si­lah­­lardan və snayper tüfənglərindən intensiv atəşə tutulub. 

Düşmən təxribatının qarşısı alınıb, sərhəd döyüş məntəqə­ləri­mi­zə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüv­vələrinin döyüş möv­qeləri cavab atəşi ilə susdurulub”.

Həmçinin oxuyun

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Aprelin 9-u saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində …