Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Cəbhə Xəbərləri / Bizim çox incə siyasətimiz olmalıdır – DİLAVƏR ƏZİMLİ

Bizim çox incə siyasətimiz olmalıdır – DİLAVƏR ƏZİMLİ

Son günlər Azərbaycanda dini kəsimlə polislər arasında yaranan gərginliyin şahidi olduq. Vəziyyət toqquşmaya qədər gedib çıxdı. Bəzi din xadimləri həbs olundu? Nələr baş verir? Ümumiyyətlə, son illər bütün müsəlman dünyasında dini kəsimlərdən ustalıqla istifadə edirdilər. Bunun əsas səbəblərindən biri də müsəlman dünyasında cahilliyin hökm sürməsidir. Bu mənada fanatizm artır. Mənə elə gəlir ki, Azərbaycan iqtidarı bunu ciddi nəzərə almalıydı. Buna qarşı milli qüvvə ortaya çıxmalıydı. Məsələ ondadır ki, Azərbaycanın dini müstəvisində ən çox söz sahibliyi İran dövlətinə düşür. Ondan sonra sələfiləri, vəhabiləri, nurçuları  müdafiə edən dövlətlər gəlir. Bu mənada bizim çox incə siyasətimiz olmalıdır. Bizm kimi ölkələrdə bu qüvvələrin fəaliyyətinin artmasının əsas səbəbi müstəvinin bir tərəfinin boş qalmasıdır. İqtidar son illərdə müxalifət düşərgəsini demək olar ki, məhv etdi. Təbii ki, öz maraqları naminə…..

Şəxsi maraqlar naminə gedən iqtidar bunun sonunu düşünməlidir. Rəhmətlik Heydər Əliyev bu mənada mahir oyunçu və siyasətçi idi. Onun zamanında müstəvi həmişə yerində idi. Nə bir jurnalist, nə də bir hüquq müdafiəçisi həbs olunur, müxalifət sərbəst şəkildə fəaliyyət göstərirdi. Eyni zamanda,  milli kəsim üçün də gözəl fəaliyyət şəraiti təmin edilirdi. Bu gün müxalifət düşərgəsini sıradan çıxaran iqtidar mili düşərgəninin fəaliyyəti üçün şərait yaratsaydı, dini kəsimin bu günkü fəaliyyəti bu səviyyəyə gəlib çatmazdı. Amma təəssüf ki, şəxsi ambisiyalar naminə buna gedilmir. İqtidar düşərgəsində milli kəsimdən də ehtiyatlanırlar. Bu həm də bizim milli ideyalarımıza ağır zərbədir. Bu gün bizim düşmənimiz olan Ermənistan dərsliklərə salıb ki, onların ali məqsədi dənizlərdən-dənizə böyük Ermənistan yaratmaqdır. Dərsliklərində Azərbaycan ərazilərini Ermənistan əraziləri kimi təqdim edirlər. Qonşu Gürcüstan da bu yolla gedir.

Ermənistan və Gürcüstanda milli kəsimlər müxalifətlə birgə sərbəst fəaliyyət göstərirlər. Bizim məmurlarımızdan hansı o üzdə olan 35 milyonun adını tutur? Onlardan hansı Böyük Azərbaycan sözünü dilə gətirir? Onları daha çox “deputatlıq”, ondan sonra əllərinə keçəcək şəxsi maraqlarını ödəyə biləcək istəklər dayanır. Nəticə isə Vətənə dəyir. Bu gün hansısa dövlətin təsiri altında olan dini kəsimi döyməklə, həbsə atmaqla vəziyyət düzəlməz. Bu vəziyyəti daha da ağırlaşdırır. Qarşımızda Ərəb-müsəlman dünyasının nümunəsi vardır. Bunun üçün fərqli siyasət həyata keçirilməlidir. Ona görə də əl müxalifətininin “gücləndirilməsi” siyasətini deyil, əsl müxalifətin və milli kəsimin fəaliyyətinə şərait yaradılmasını təmin etmək lazımdır. Bu gün İranı ən çox qorxudan Böyük Azərbaycan Ocaqlarının fəaliyyətidir. Biz heç bir xalqa qarşı ərazi iddiası irəli sürmürük. Biz Bütöv Azərbaycanın qurulmasını istəyirik. Bütöv Azərbaycan da Təbrizdən keçir. Bu ideya həm də Qarabağ məsələsinin həllidir. Biz tarixi Azərbaycan coğrafiyasının bütünlüyünün arzusundayıq. İnanırıq ki, bir zaman baş verəcəkdir. Bizim təbliğatımızın kökündə tarixmiz dayanır. İdeologiyamız da bu tarixə söykənir.

 

 

Həmçinin oxuyun

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Aprelin 9-u saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində …

Bir cavab yazın