Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Cəbhə Xəbərləri / Azərbaycanlıların yersiz türkçülüyü – Elbrus Ərud

Azərbaycanlıların yersiz türkçülüyü – Elbrus Ərud

Türkiyənin Azərbaycana, türklərin azərbaycanlılara münasibəti sonsuz ailələrin övladlığa götürdüyü uşağa münasibətini xatırladıb həmişə mənə. Bəzən elə ailələr də sonsuzluğun acığını övladlığa götürülən uşaqlardan çıxır. Türkiyə ilə Azərbaycanın qardaşlığına, doğmalığına işarə edən sloqanlar hər zaman ən yuxarıdan tutmuş aşağıya qədər insanların dilində səslənmiş və bizim əsl qardaş olduğumuz həm rəsmi dövlət, həm də sadə xalqlar arasında ifadə olunmuşdur. Ancaq bu, bir sirr deyil ki, Azərbaycan və azərbaycanlılar hər zaman Türkiyənı bir pillə daha yuxarıda görüb, hörmətini saxlayıb, əziz tutub, adı ilə qürur duyublar. Eyni münasibət isə heç vaxt Türkiyədən, türklərdən hiss olunmayıb. Türkiyə və türklər sanki, bizim bu hədsiz bağlılığımızdan bir növ ruslaşma (özünü böyük qardaş rolunda görmə) xəstələyinə tutulub. Azərbaycanlılarla bağlı nə zaman Türkiyədə mediada, sosial şəbəkədə müzakirə açılıbsa, bunlar bizə “çocuq bakıcıları” kimi yanaşıblar. Yuxarıda qeyd etdiyim kimi belə “doğma” və “yuxarıdan aşağı” münasibət hər iki tərəfdə ən yüksək səviyyədə belə daim hiss olunub. 

Lakin mən məsələni siyasiləşdirmədən, onun siyasi tərəfini deyil, məhz xalqdan gələn, içdən qaynaqlanan səbəblərini yazmaq istəyirəm. Türklərin azərbaycanlılara qarşı bu “münasibəti” özünü əlamətdar günlərdə, idman və musiqi yarışlarında, mahnılar səslənəndə, bayraqlar dalğalananda daha çox göstərir. İndiyə qədər mənim özümün şahidi olduğum bu ayrımçı münasibətin ən azı əllisini sadalaya bilərəm. Hansı ki, biz türk bayrağına sarılmışıq, türklər isə bunun əvəzində ancaq bizi aşağılamaqla məşğul olublar… Sanki türk bayrağına sarılmaq boynumuzun borcu imiş.

Məsələn, Azərbaycanın bir gündə parlayıb, elə bir gundə də sönən ulduzu  Cavid Hüseynov “Qəbələ”-“Apollon” oyununda türk bayrağına sarıldı. Kipr məsələsində jest elədi, türklərin bir olduğunu ifadə elədi, bəs cavabı nə olu? Türkiyə mediasında və sosial şəbəkələrində jurnalist Rasim Əliyevin ölümünü həmin hadisəyə bağladılar. Dedilər ki, Rasim Cavidin bayraq qaldırmasına etiraz etdiyi üçün döyülüb.

Bu, bizim futbolçunun münasibəti. İndi yadınıza türk futbolçu Sərgən Yalçının 2010-cu ildə türklərin qapısına təsadüfən vurduğumuz bir qola görə haqqımızda dediklərinə baxın: “Azərbaycanı sahəyə tək ayaqla çıxsam belə yenərim. Hər türlü kötü şartlar altında Azərbaycanı mağlub ederiz”.

Təqdim etdiyim misalları çox şərh etmədən sadalamaqda davam edək. Yadınıza Avropa Oyunlarınının açılışında Türkiyə komandası meydana çıxarkən azərbaycanlıların ayaq üstə alqışlamalarını salın. İndiyə kimi belə bir alqışlanma hər hansı bir azəriyə qarşı Türkiyədə oldumu? Özü də hər dəfə Türkiyənin adı gələndə, bayrağı dalğalanananda göstərdiyimiz coşqunu onların özləri belə çaş-baş qarşılayıblar.

2009-cu ildə Bursaya Türkiyə-Ermənistan oyununa Azərbaycan bayrağı ilə gedən soydaşlarımızın əlindən alınıb zibil qutularına atılan bayraqları da xatırlamaq yerinə düşər. Bizdə belə bir münasibət oldumu indiyə qədər?

Və yaxud bir neçə ay əvvəl Amerikada aksiya zamanı azərbaycanlının türk bayrağını polisə təslim etməməsi hər iki ölkədə manşet oldu. Yəni belə bir türkün Azərbaycan bayrağına qarşı davranışının nə zamansa şahidi olduqmu?

Yadınıza Türkiyənin “Radikal” qəzetinin yazarı, jurnalist Bülənt Ərişin “O səs Türkiyə”də Elnur Hüseynov qalib gəldikdən sonra yazdığı köşə yazısında həmyerlimizin istedadına münasibətini təkcə yazısının adı ilə təqdim edirəm. O, köşə yazısının adını məsxərə ilə “Keçmişdə Meks adlı it, bu gün azəri Elnur” olaraq qələmə alıb.

Bu misalları qeyd etdiyim kimi istənilən qədər göstərmək olar. Lakin, məncə, mənzərə artıq hər kəsə aydındır.

Artıq iki gündür azərbaycanlılar daha bir kampaniyaya başlayıblar. Hansısa yüngül azarkeş “Qəbələ”nin “Panatinaikos”la oyuna türk bayraqları ilə çıxmasını təklif edib. Adamdan soruşarlar, niyə ay bala? Sənin öz bayrağın yoxdur? Bu nə qəhərmanlıq, bu nə vətənpərvərlikdir? Hansı cavab haqqıdır bu türk bayrağına? Unutmayın dostlar, yersiz, ifrat türklük bizi gülüş mənbəyinə, yazıq yetim görkəminə çevirir. Bunlar elə bilir ki, elə bu bizim boynumuzun borcudur. Nə vaxta kimi bizim işimiz, gücümüz Türkiyə oynayanda bağırmaq, cırılmaq, türklərin işi isə bizə rişxənd etmək olacaq? Azərbaycanın öz bayrağı yoxdurmu, biz ona sarılıb meydanda dövrə vuraq?

Axı dünyanın ən böyük bayrağı Azərbaycandadır…

 

Həmçinin oxuyun

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Aprelin 9-u saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində …

Bir cavab yazın