Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Cəbhə Xəbərləri / Azərbaycanlı hərbi ekspert erməni separatçısının yalanını faş etdi

Azərbaycanlı hərbi ekspert erməni separatçısının yalanını faş etdi

Özünə “prezident” deyən quldurbaşı Araik Arutunyanın “xüsusi tapşırıqlar üzrə” qondarma nümayəndəsi Boris Avakyan deyib ki, İngiltərənin “HALO trust” şirkəti – hansı ki, atəşkəs dövründə Qarabağda ərazilərin minadan təmizlənməsi ilə (xeyriyyəçiliklə) məşğul olub – mina xəritələrini Türkiyə xüsusi xidmətinə ötürüb və nəticədə Azərbaycan Ordusu minalanmış ərazilərdən uğurla keçib. 

Belə bir şey mümkünmü? Əslində gerçək nədən ibarətdir, hərbçilərimiz minalanmış əraziləri necə adlayıblar?

Əslində Ermənistanın ağ bayraq qaldırıb üçtərəfli razılaşmaya imza atmasından dərhal sonra mina xəritələri məsələsi gündəmə gəlib. O səbəbdən ki, qarşı tərəf xoş məram göstərib mina xəritələrini Azərbaycana verməkdən imtina edir. Bu haqda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Polşa xarici işlər naziri Zbiqnev Rau ilə telefon söhbəti zamanı da bildirilmişdi.

Hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov “Yeni Müsavat”a deyib ki, qondarma rejim başçısının “xüsusi tapşırıqlar üzrə” qondarma nümayəndəsi nə danışdığının fərqində deyil: “Bundan əvvəl Nikol Paşinyan ”İsgəndər” raketləri ilə bağlı ağlına gələni danışmışdı. Sonradan məcbur olub səhv etdiyini açıqladı. İndi də bu qəbildən olan daha bir açıqlama veriblər. Bu ermənilərin köhnə şakəridir. Yalana öyrəniblər, yalanla yaşayırlar, yalan danışırlar. 44 günlük müharibə dövründə Azərbaycan ordusu ermənilərin 30 il ərzində minaladıqları əraziləri xüsusi vasitələrlə keçib. Ermənilər hələ də 70-ci illərdə qalıblar, müasir silahlardan xəbərləri belə yoxdur. Bu gün mina sahələrindən keçid açan müasir vasitələr var və Azərbaycan ordusu da o vasitələrlə təmin olunub. Müharibə dövründə o vasitələrdən istifadə olunub.

Polkovnik Şair Ramaldanov: Sosial şəbəkələrdə bilən də, bilməyən də »  Azərbaycanın xəbər portalı - NEWS24.AZ

Şair Ramaldanov

Əgər həmin xəritələr bizə ötürülmüş olsaydı belə, döyüş vaxtı həmin xəritələrdən istifadə edə bilməzdik. Döyüş getdiyi bir vaxtda bu, sadəcə mümkün deyil. Bunu bir balaca mina xəritələrindən başı çıxan hər kəs bilir. Mina sahəsindən yol adətən döyüş gedə-gedə açılır. Ermənilərin məntiqi ilə biz hücum etməzdən əvvəl əraziyə minatəmizləyənlər buraxmalıydıq. Bu isə həmin mütəxəssislərin ölümə göndərilməsi demək olardı. Yəni lap xəritə əlimizdə olsaydı da, hərbçi döyüş zamanı nə edəcəkdi o xəritə ilə? Döyüş vaxtı xəritə mina sahəsini açmır axı. Xəritə mina döşəyənin özü üçün lazımdır ki, lazım olanda mina sahəsindən keçid açsınlar. Paşinyanın “İsgəndər”lər haqda dediyi zarafat mövzusuna dönüb, indi də bu zəvzəkləyir”.

Hərbi ekspert deyir ki, Azərbaycan ordusu mina sahələrini uzaq məsafədən atılan partlayıcı vasitədən istifadə etməklə keçib: “Bu, xüsusi qurğudur, partlayıcı vasitə gediləcək yol istiqamətində atılır, ardından bir şlanq uzanır. Həmin şlanq yerə düşəndə partlayır. Şlanqın düşdüyü yerdə partlayışdan maşınların keçidi üçün yol açılır. Yəni həmin şlanqın düşdüyü yerdə partlayış nəticəsində minalar partlayır və keçid açılır. Bu, partlayış vasitəsi ilə mina sahələrindən keçid açma adlanır. Azərbaycanın həmin sahələri keçmək üçün yetəri qədər texnikası var idi. Döyüş zamanı da həmin texnikadan istifadə edilib, mina sahələrindən keçid açılıb. Azərbaycan ordusu qarşısına qoyulan tapşırığı uğurla yerinə yetirib. Heç bir xəritələrdən, heç bir mina sahələri haqqında məlumatdan söhbət gedə bilməz. Və Türkiyə tərəfindən Azərbaycana heç bir mina xəritəsi verilməyib”.

Ekspert Ermənistanın mina xəritələrinin Türkiyəyə ötürülməsi haqda iddiası növbəti uydurma sayır: “Hardan gəlib verdilər o xəritələri? Ancaq mina xəritələrindən başı çıxmayan adam bu formada fikir söyləyə bilər. Azərbaycan ordusuna xüsusi olaraq mina sahələrindən keçid açmaq təlimləri keçirilib. Azərbaycan ordusu nə edibsə, öz gücünə edib və müharibə qanunlarına uyğun olaraq, döyüş qanunlarına uyğun olaraq hərəkət edib. Mina sahələrdən tankların hərəkəti minatrallardan, partlayıcı maddələrdən istifadə olunmaqla mina sahələrindən keçid açılıb”.

Ramaldanov qarşı tərəfin mina sahələrinin xəritələrini Azərbaycana verməməklə beynəlxalq razılaşmaları kobud şəkildə pozduğunu xatırlatdı: “Xəritələri verməməklərinin birinci səbəbi, əlbəttə ki, düşmənçilikdir. Yəni Ermənistan indiyə kimi Azərbaycanla sülh müqaviləsi bağlamayıb. Hazırda da biz müharibə şəraitindəyik. Sadəcə, 44 günlük müharibə dövründə Azərbaycanın şanlı ordusu düşmənin işğalçı qüvvələrini darmadağın edib, ərazi bütövlüyünü bərpa edib. Ermənistanın məqsədi həmişə o olub ki, Azərbaycana nə qədər çox ziyan vurulsa, o qədər də yaxşıdır. Yəni onların mövqeyi həmişə məncə, bu olub və bu gündə dəyişməyib. Ona görə də müharibədən sonra da mülki şəxslər ziyan çəkir. İşğaldan azad olunmuş ərazilərdə insanlarımız ehtiyatsızlıq ucbatından mina partlayışı nəticəsində xəsarət alır, həlak olurlar. 1-ci Qarabağ savaşı və 30 illik işğal müddətində demək olar ki, bölgədə mina döşəməyən bir ərazi qalmayıb. Beynəlxalq qanunlara görə, mina döşəyən hər bir dövlət müharibə bitəndən sonra mina xəritələri əsasında hərbiçilərinin döşədikləri minaları özü təmizləməlidir. İndiki halda Ermənistan bundan boyun qaçırmaqla beynəlxalq qanunları kobud şəkildə pozur. Üstəlik döşədikləri minalarla bağlı ağıllarına gələni danışmaqdan da çəkinmirlər”.

Həmçinin oxuyun

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Aprelin 9-u saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində …