Ana səhifə / Cəbhə Xəbərləri / Azərbaycan Ordusunun karvanı Laçın dəhlizindən KEÇDİ

Azərbaycan Ordusunun karvanı Laçın dəhlizindən KEÇDİ

“Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməyə davam edir”.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin (MN) Dağlıq Qarabağ münaqişəsi zonasında Rusiya sülhməramlı kontingentinin fəaliyyəti barədə məlumatında bildirilir.

“İyirmi yeddi müşahidə məntəqəsində Rusiya sülhməramlıları vəziyyəti gecə-gündüz izləyir və atəşkəs rejiminə əməl olunmasına nəzarət edirlər.

Atəşkəs bütün təmas xəttində müşahidə olunur.

Rus sülhməramlıları vətəndaşların təhlükəsiz hərəkətini və mülki infrastrukturun bərpasını təmin edir və əhaliyə humanitar yardım göstərir” – MN-in açıqlamasında deyilir.

Məlumata görə, rus sülhməramlıları martın 21-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin altı karvanını müşayiət edib:

“Karvanın dördü – şimal və cənub istiqamətində Laçın dəhlizindən, bir karvan Şuşa- Qırmızı Bazar- Qacar marşrutu və biri əks istiqamətdə müşaiyət olunub”.

Qeyd olunub ki, Humanitar Minalardan Təmizləmə Mərkəzinin minalardan təmizlənməsi qrupları Dağlıq Qarabağ ərazisinin minalardan təmizlənməsi üzrə işlərini davam etdirirlər. Gün ərzində 15 hektar ərazi, 5 km yol təmizlənib. Ümumilikdə, 23 noyabr 2020-ci ildən bəri, 1739 hektar ərazi, 541 km yol, 30 sosial əhəmiyyətli obyekt daxil olmaqla 1616 yaşayış binası partlamamış hərbi sursatlardan təmizlənib, 25 349 partlayıcı maddə aşkar edilərək zərərsizləşdirilib.

“Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında baş verə biləcək hadisələrin qarşısını almaq üçün səyləri əlaqələndirmək üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı qarşılıqlı əlaqə saxlanılır”, – deyə açıqlamada bildirilib. Modern.az

Həmçinin oxuyun

Paşinyan kəndləri qaytarmağı yubadır, hərbi yola əl atılacaq – “Calber”

“Ermənistanın baş naziri Nikol Paşinyanın Tavuş bölgəsində yaşayan ermənilərlə görüşündə işğal olunmuş 4 Azərbaycan kəndinin …