Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəbhə Xəbərləri / Azərbaycan ordusu dünyanın ən güclülərinin – Siyahısında

Azərbaycan ordusu dünyanın ən güclülərinin – Siyahısında

Azərbaycan dünyanın ən güclü orduları sırasında 5 pillə irəliləyərək 53-cü yerdə qərarlaşıb.

“ Azinforum.az ” “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, bu barədə “Global Firepoəer” təşkilatının hesabatında qeyd edilib.

Hesabatda deyilir ki, Azərbaycan Hərbi Hava Qüvvələrinin sərəncamında 18 qırıcı, 29 hücum, 83 nəqliyyat, 19 təlim təyyarəsi və 93 helikopter, Silahlı Qüvvələrin silahlanmasında isə 520 tank, 1590 zirehli texnika, 359 artilleriya qurğusu, 191 Reaktiv Yaylım Atəşi Sistemi var.

Hərbi ekspertlər Azərbaycan ordusunda dünyanın ən müasir silahlarından istifadə edildiyini bildirir.

Hesabatda bildirilir ki, Azərbaycan ordusunun sayı 374 500 nəfərdir, səfərbərlik zamanı isə 3 750 000 nəfər hərbi xidmətə çağırıla bilər..

Bu reytinq cədvəlində Ermənistan isə 84-cü pillədə qərarlaşıb. İlk üçlüydə isə ABŞ, Rusiya və Çin yer alıb.

Qeyd edək ki, “Global Firepower Index” reytinqi dünyada ən məşhur və nüfuzlu reytinq hesab edilir. GFP məlumat bazasının məqsədi dünya silahlı qüvvələri haqqında informasiya toplamaq, təhlil və çıxarışlar etməkdir.

Həmçinin oxuyun

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Aprelin 9-u saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində …