Ana səhifə / Cəbhə Xəbərləri / Azərbaycan komandosu necə yetişdirilir? (VİDEO)

Azərbaycan komandosu necə yetişdirilir? (VİDEO)

Vətən müharibəsindən sonra Azərbaycan Ordusunun tərkibində yeni bölmələr yaradılır. Bunlardan biri Komando bölmələridir.
Bu bölmələr yeni olsa da, ordumuzun görən gözü, döyünən ürəyinə çevrilir.Onlar dağ şəraitində ən çətin döyüşlər üçün yetişdirilir. Komando olmaq istəyənlər 10 həftəlik ağır təlimdən keçirlər.Bu müddət ərzində onlar ən çətin şərtlərdə döyüşlər üçün hazırlanır.
Təlimlərin saatı və məkanı yoxdur. Komandolar baş verə biləcək bütün situasiyalara hazır olmalıdırlar.Komando namizədləri hər gün gərgin fiziki məşqlərdən keçirlər. Amma kursu bitirmək üçün yalnız fiziki hazırlıq kifayət etmir.Təlimlər ölkəmizin mürəkkəb relyefə malik ərazilərində baş tutur.Vətən müharibəsində xüsusi şücaət göstərən və xarici ölkələrdə müxtəlif kurslar keçən hərbçilərimiz burada öz biliklərini gənclərə öyrədirlər. Azərbaycan komandosunu adını tarixə şanlı zəfərlə yazan ordunun qəhrəmanları yetişdirir.Komando təlimlərini bitirən şəxsi heyətdən sonda imtahan götürülür. Ən yüksək nəticə göstərənlər və davam etmək istəyənlər əlavə təlimlərə cəlb olunurlar. Sonrakı təlimlərdə onlar paraşüt, dalğıc, xizək, yaşayış məntəqələrində döyüş və digər kurslardan keçirlər.

Həmçinin oxuyun

Paşinyan kəndləri qaytarmağı yubadır, hərbi yola əl atılacaq – “Calber”

“Ermənistanın baş naziri Nikol Paşinyanın Tavuş bölgəsində yaşayan ermənilərlə görüşündə işğal olunmuş 4 Azərbaycan kəndinin …