Cümə , Aprel 19 2024
Ana səhifə / Cəbhə Xəbərləri / Azərbaycan-İran sərhədində silahlı insident olub, ölən var – Foto

Azərbaycan-İran sərhədində silahlı insident olub, ölən var – Foto

Noyabrın 3-də saat 04:50 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şunlarının “Göytəpə” sərhəd dəstəsinin Biləsuvar rayonunun Biləsuvar kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən 1 nəfər naməlum şəxsin döv­lət sərhədini pozaraq mühəndis çəpərinə yaxınlaşması müşahidə olunub.

“Qafqazinfo”nun Dövlət Sərhəd Xidmətinə (DSX) istinadən məlumatına görə, sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılmış, xid­məti ərazi tam qapadıl­ıb. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək sərhəd pozucusu təqib edilib və havaya xəbərdarlıq atəşi açılıb. Lakin sərhəd pozucusu əmrə tabe olmayıb, üzərindəki çantanı ataraq İran istiqamətində qaçmağa cəhd göstərib.

Bildirilib ki, “Dövlət sərhədi haqqında” qanunun tələblərinə uyğun olaraq sərhəd naryadı tərəfindən sərhəd pozucusuna qarşı silah tətbiq olunmuş və sərhəd pozucusu aldığı güllə yarasından hadisə yerində vəfat edib. Zərərsizləşdirilən sərhəd pozucusuna və əraziyə baxış zamanı 1 ədəd qara çantada ümumi çəkisi təxminən 12 kq 340 qram olan müxtəlif növ narkotik vasitələr, 1 ədəd “Pietro Beretta” markalı tapança, 1 ədəd daraq, 8 ədəd patron aşkar olunub.

Hadisə yerinin bilavasitə yaxınlığında sərhəd pozucusunu qarşılayan göy rəngli “Niva” markalı 99-FC-999 dövlət nömrə nişanlı avto­mobildə Biləsuvar rayonunun sakini 1991-ci il təvəllüdlü Həsənov Elgün Həsənxan oğlu və Mingəçevir rayonunun sakini 1995-ci il təvəllüdlü Nəsirzadə Orxan Məhəmməd oğlu şübhəli şəxs qismində saxlanılıblar. Araşdırma nəticəsində zərərsizləşdirilən sərhəd pozucusunun Cəlilabad rayonunun sakini 1994-cü il təvəllüdlü Əmirov Tural Əliəşrəf oğlu olması və oktyabr ayının 31-də “Biləsuvar” dövlət sərhədindən buraxılış məntəqəsindən keçməklə İran İslam Respublikasına getməsi müəyyən edilib.

Hazırda Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının və Lənkəran Hərbi Prokurorluğunun əmək­daşları tərəfindən hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirilir.

Həmçinin oxuyun

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Aprelin 9-u saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində …