Cümə , Aprel 19 2024
Ana səhifə / Cəbhə Xəbərləri / Azərbaycan bayrağının Fərrux kəndinə sancılmasının görüntüləri – VİDEO

Azərbaycan bayrağının Fərrux kəndinə sancılmasının görüntüləri – VİDEO

Rusiya Müdafiə Nazirliyi ötən gün Qarabağdakı sülhməramlı əməliyyatlar zonasındakı vəziyyətə dair bülletenində Azərbaycan ordusunun “danışıqlardan sonra” guya Xocalı inzibati rayonunun Fərrux kəndi istiqamətindəki mövqelərindən çəkildiyi barədə iddiaların əksinə olaraq həmin kənddə Azərbaycan bayrağının qaldırılmasını əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.

“Fərrux kəndini götürdük, bu da Azərbaycan bayrağı. Bayrağımızı ucaldırıq”,-kənddə bayrağımızı ucaldan hərbçilərimizdən biri kadr arxasından qürurla deyir.

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi artıq sərt məzmunlu bəyanatla çıxış edərək Rusiya tərəfinin həmin bülletenində göstərilənləri təkzib edib.

Fərrux kəndi Azərbaycan ordusu tərəfindən qanunsuz erməni silahlı dəstələrinin həmin kənd ətrafındakı mövqelərdə Rusiya sülhməramlılarının himayəsi altında möhkəmlənmək cəhdlərinin qarşısı alınaraq  martın 24-də nəzarət altına alınıb. Habelə ordumuz kəndin ətrafındakı strateji əhəmiyyətli Daşbaşı yüksəkliyində möhkəmlənib. Fərrux kəndinin və Daşbaşı yüksəkliyinin Azərbaycan ordusunun nəzarətinə keçməsi Xocalı rayonunun böyük hissəsinə vizual nəzarəti təmin etməyə imkan verir.

Daşbaşı yüksəkliyi və Fərrux kəndi ətrafındakı digər yüksəkliklər uğrunda 1-ci Qarabağ müharibəsində şiddətli döyüşlər getmişdi. Azərbaycan döyüşçüləri gah kəndin özünü, gah yüksəklikləri düşməndən azad etsə də orada möhkəmlənə bilməmişdi. Ağdam şəhəri həmin yüksəkliklərdən müntəzəm olaraq “Qrad” və artilleriya atəşləri altında saxlanılırdı.

virtualaz.org

Həmçinin oxuyun

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Aprelin 9-u saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində …