Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Cəbhə Xəbərləri / “Azərbaycan “Altay” tankları ala bilər” – Rusiyalı hərbi ekspert

“Azərbaycan “Altay” tankları ala bilər” – Rusiyalı hərbi ekspert

“Türkiyənin müasir “Altay” tankı Azərbaycana ixrac edilə bilər”.
Bu sözləri Rusiyanın siyasi və hərbi analiz institutunun direktor müavini Aleksandr Xramçixin “News.am” saytına açıqlamasında bildirib. Onun sözlərinə görə, Türkiyə ötən əsrdə SSR, Fransa, Böyük Britaniya, Almaniya və Amerikadan tanklar alırdı.

“Lakin zamanla Türkiyənin maşınqayırma üzrə mütəxəssisləri tankların modernləşdirilməsi sirlərinə yiyələnə bildi. Bura Almaniyanın “Leopard” və Amerikanın “M60” tanklarını aid etmək olar. 21-ci əsrdə isə Türkiyə özünə məxsus tanklar istehsal etməyə başladı. Bu, həmçinin digər ölkədən tankların alınmasından daha ucuz başa gəlirdi.”

Xramçixin əlavə edib ki, regionda aparıcı rola iddialı olan ölkənin müdafiə texnikasının hazırlanması sahəsində öz bilikləri olmalıdır: “Türkiyə uzun müddətdir ki, silah alveri edən bir ölkə kimi tankların ixracı ilə də məşğul ola bilər. “Altay” Cənubi Koreyanın “K2” tankının müasirləşdirilmiş formasıdır. Tankda “Qara panter”-in 60% -dək texnologiyalarından istifadə edilib. Tankın dəyəri isə artıq 5 milyon dolları ötüb. “Altay” tankı ixraca tamamilə çıxarıla bilər. Bu tankı əldə etmək istəyən namizədlər arasında Azərbaycan, Pakistan və Fars Körfəzi ölkələri üstünlük təşkil edir”.

Qeyd edək ki, Koreyanın “K2” tankının imkanları asanlıqla Çin, yaxud Şimali Koreyanın döyüş meydanına çıxara biləcəkləri istənilən texnikanı geridə qoyur. Bundan əlavə, ən bahalı tankdır. Tankda istifadə olunan möhkəm zirehin tərkibi naməlum qalır. “K2” tankının qorunma və əks-hücum mexanizmi mükəmməldir. Bir növ M1A2 markalı ABŞ tankına bənzəyir, amma çəkisi qat-qat yüngüldür. Tank özü avtomatik şəkildə insan müdaxiləsi olmadan hədəfi müəyyən edə və vura bilir. Hədəflər sırasına təkcə maşınlar yox, habelə helikopterlər də daxildir. Geniş şəkildə istehsalına 2013-cü ildə başlanıb, ilk tank 2014-cü ildə orduya təhvil verilib. Tankın qiyməti 9.5-9.8 milyon ABŞ dollarıdır.

Həmçinin oxuyun

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Aprelin 9-u saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində …