Cümə , Aprel 19 2024
Ana səhifə / Cəbhə Xəbərləri / Arutyunyandan etiraf: “Biz saxta çəkilişlər paylaşaraq xalqı aldadırdıq”

Arutyunyandan etiraf: “Biz saxta çəkilişlər paylaşaraq xalqı aldadırdıq”

Qondarma Dağlıq Qarabağın prezidenti Araik Arutyunyan etiraf dolu açıqlama verib.
Qaynarinfo “Sputnik Armenia” agentliyinə istinadən xəbər verir ki, Araik aşağıdakıları bildirib: “Torpaqları kim satdı? Biz xalq olaraq bunu bir yerdə etdik, 18-20 yaşlı uşaqlarımızı satdıq. Biz bir yerdə satdıq”.
Qondarma prezident daha sonra qeyd edib: “Biz saxta çəkilişlər paylaşaraq xalqı aldadırdıq. Nəticədə mühasirəyə düşmək təhlükəmiz yarandı. Ona görə də müqaviləyə imza atmalı olduq”.
Dağlıq Qarabağı tərk etmiş ermənilərə müraciət edən Araik Arutyunyan deyib ki, onlar İrəvanda keçirilən etiraz aksiyalarına qoşulmasınlar: ”Siyasi intriqalara qoşulmayın, geriyə qayıdın. Biz düşmən qarşısında birliyimizi nümayiş etdirməliyik”.
O, vurğulayıb ki, ermənilərə müharibədə qələbə çalmaq üçün 80-100 min nəfər döyüşçü lazım imiş. Ancaq onlar bu qədər döyüşçü toplaya bilməyiblər.

Həmçinin oxuyun

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Aprelin 9-u saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində …