Ana səhifə / Cəbhə Xəbərləri / ANS açılacaq – Eldəniz ELGÜN

ANS açılacaq – Eldəniz ELGÜN

Son günlər ən çox eşitdiyim sual budur:”ANS açılacaq?”. Çox qəribədir ki, bu sualı mənə daha çox sadə insanlar, həmkarlarımla yanaşı, son günlər həm də gənc ANS-çilər verir. Buna görə suala bir dəfəlik gücüm çatacaq qədər cavab vermək qərarına gəldim.

Beləliklə, cavabım budur- BƏLİ, ANS AÇILACAQ… Səbəbini deyim. ANS açılacaq. Ona görə ki, ANS müstəqil Azərbaycanının ilk SÖZ ünvanı olub və 25 il bu şərəfi qoruya bilib.

ANS açılacaq. Ona görə ki, ANS Qarabağ savaşında atılan hər daşın, hər patronun zamanında hədəfi olub.

ANS açılacaq. Ona görə ki, ANS Qarabağ savaşının hər bir ŞƏHİDİNİN şahidi olub, son söz dediyi ocaq olub.

ANS açılacaq. Ona görə ki, ANS Şuşadan tutmuş Ağdama qədər işğal olunmuş bölgələrimizin son SAKİNİ olub.

ANS açılacaq. Ona görə ki, ANS müasir tariximizi yazan, bu gün də qoruyan və zaman-zaman bütün qoruduqlarını tamaşaçılara çatdıran bir nöqtə olub.

ANS açılacaq. Çünki ANS şəhid və Milli Qəhraman Çingiz Mustafayev izini addımlara çevirən YOL olub.

ANS açılacaq. Ona görə ki, Vahid Mustafayevin 25 illik stingerlik fəaliyyəti müddətində ən qaynar müharibə ocaqlarında SNN, BBC kimi kanallardan daha operativ reportajları ortaya çıxara bildi. Faciələrimizlə bağlı bədii filmləri dünyaya tanıda bildi.

ANS açılacaq. Ona görə ki, Seyfulla Mustafayev soyuqqanlılığı, analitik təfəkkürü ANS-ə bir çəki gətirdi.

ANS açılacaq. Ona görə ki, Mir Şahin 25 il öncə ütülü televiziya baxışlarını alt-üst edib , bütün standartları rədd edib müasir Azərbaycan televiziyaçılığını ortaya qoydu.

ANS açılacaq. Ona görə ki, ANS məktəbini keçən hər bir kəs Azərbaycan jurnalistikasının çəkili bir daşı ola bildi. Daş isə öz yerində hər zaman ağır olur. ANS açılacaq. Ona görə ki, ANS üçün hər zaman Azərbaycan dövlətçiliyi priroritet olub.

ANS açılacaq. Çünki ANS bu xalqın, bu dövlətin həm fəxr həm də danlaq yeri olmağı bacarıb.

ANS açılacaq. Ona görə ki, doğulanda ANS loqosunu görən körpənin artıq 25 yaşı var. ANS 25 yaşlı bir nəslin tərbiyyəsində rol oynayıb.

ANS açılacaq. Ona görə ki, buna zərrə qədər şübhəm yoxdur. Sadəcə olaraq zamandan qorxmaq lazım deyil.

Həmçinin oxuyun

Paşinyan kəndləri qaytarmağı yubadır, hərbi yola əl atılacaq – “Calber”

“Ermənistanın baş naziri Nikol Paşinyanın Tavuş bölgəsində yaşayan ermənilərlə görüşündə işğal olunmuş 4 Azərbaycan kəndinin …

Bir cavab yazın