Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Cəbhə Xəbərləri / AMİP Lideri Etibar Məmmədov cəbhədəki vəziyyətlə bağlı bəyanat verdi

AMİP Lideri Etibar Məmmədov cəbhədəki vəziyyətlə bağlı bəyanat verdi

AMİP Lideri Etibar Məmmədov cəbhədə yaranan erməni təxribatı ilə bağlı bəyanat verib. Azinforum.az AMİP Mətbuat Xidmətinə istinadən həmin bəyanatı təqdim edir:

“Bu gün günorta saatlarından etibarən Ermənistan hərbi birləşmlərinin Azərbaycan-Ermənistan sərhəddi boyunca Tovuz istiqamətində mövqelərimizin ələ keçirilməsi məqsədilə hücuma keçməsi nəticəsində üç əsgərimiz şəhid olmuşdur. Şəhidlərimizə Allahdan rəhmət diləyir, yaxınlarına və bütün xalqımıza baş sağlığı verirəm.

Bunlar bir daha onu göstərir ki, danışıqlar prossesinin perspektivi yoxdur. Aparılan danışıqlar dayandırılmalı və işğal olunmuş torpaqlarımızın düşməndən təmizlənməsi üçün əməliyyatlar keçirilməlidir.

Artıq gözləməyə vaxt yoxdur və qərar vermək zamanıdır. Bütövlükdə xalqımız da bu qərarı səbirsizliklə gözləyir. Mən inanıram ki, bu istiqamətdə addımların atılacağı halda hər bir Azərbaycan vətəndaşı da sonacan ordumuzun və əsgərimizin arxasında olacaqdır”.

Həmçinin oxuyun

Ermənistana məxsus PUA zərərsizləşdirilib

Martın 11-i saat 12:10-da Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən …