Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Cəbhə Xəbərləri / Ağdamda düşmən ordusunun 5 hərbçisi öldü, təlim dayandırıldı

Ağdamda düşmən ordusunun 5 hərbçisi öldü, təlim dayandırıldı

Ermənistan ordusunun təlimi faciə səbəbi ilə yarımçıq dayandırılıb.

Bu gün işğalçı Ermənistan ordusunun 10-cu dağ atıcı diviziyasının tərkibində yerləşən 41-ci artilleriya alayının 1-ci diviziyonunda 152 mm-lik D-20 topu partlayıb.
Təlim zamanı baş verən partlayış nəticəsində 3 əsgər, 2 zabit həlak olub. Bir yüksək rütbəli zabit və bir gizir ağır yaralanıb.
Partlayış Ağdam rayonunun işğal altında olan Uzundərə adlanan ərazisində baş verib və hadisədən sonra hərbi təlimlər dayandırılıb.
Xatırladaq ki sözü gedən hərbi hissə keçmiş Ağdərə rayonunun Nerkin Oratax kəndi ərazisinə yerləşir. (miq.az)

Həmçinin oxuyun

Ermənistana məxsus PUA zərərsizləşdirilib

Martın 11-i saat 12:10-da Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən …