Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəbhə Xəbərləri / Əsgərimiz Laçında öz kəndinə gedib çıxdı və görün nələr dedi…VİDEO

Əsgərimiz Laçında öz kəndinə gedib çıxdı və görün nələr dedi…VİDEO

Sosial şəbəkələrdə Azərbaycan əsgərlərindən birinin Laçında öz doğma yurdu olan Kalafalıq kəndinə getməsi ilə bağlı görüntülər yayılıb.

O, videoda kənd barədə danışır.

Laçın rayonunun Vağazin inzibati ərazi vahidində yerləşən Kalafalıq kəndi Ərdəşəvə çayının (Şəlvə çayının qolu) sahilində, Qarabağ silsiləsinin yamacındadır. Yaşayış məntəqəsi keçmişdə rayonun ərazisində mövcud olmuş Birinci Cağazur kəndindən çıxmış ailələrin Kalafalıq adlanan yerdə məskunlaşması nəticəsində yaranıb.

Kalafa köhnə kəndin, yaxud mal-qara saxlamaq üçün tikilmiş pəyələrin xarabalığına, quyuya, qazılmış çökək yerə deyilir. Oykonimin tərkibindəki -lıq şəkilçisi çoxluq və məkan anlayışı ifadə edir.

Kalafalıq kəndi Laçın rayonunun ən ucqar kəndi olaraq, şərq tərəfdən Daglıq qarabağın Şuşa rayonu ilə həmsərhəddir. Dağlıq ərazidə yerləşməklə bir neçə təbii sərvətlərlə – civə, uran və minerallarla zəngindir. 1936-cı ildən burada kolxoz yaradılıb və kəndlilər, əsasən, heyvandarlıq və əkinçiliklə məşğul olublar.

Həmçinin oxuyun

Paşinyan kəndləri qaytarmağı yubadır, hərbi yola əl atılacaq – “Calber”

“Ermənistanın baş naziri Nikol Paşinyanın Tavuş bölgəsində yaşayan ermənilərlə görüşündə işğal olunmuş 4 Azərbaycan kəndinin …