Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Ziyad Səmədzadənin qızına dəstək: “Hamınız bir yerə gəlsəz, Aygün Səmədzadə etməzsiz!”

Ziyad Səmədzadənin qızına dəstək: “Hamınız bir yerə gəlsəz, Aygün Səmədzadə etməzsiz!”

Deputat Ziyad Səmədzadənin qızı, tanınmış bəstəkar Aygün Səmədzadənin “bakılı-kəndli” müzakirəsi artıq bir neçə gündür ki, davam edir.

Bəstəkara qarşı sərt tənqidlər səslənsə də, onun fikirləri ilə razılaşanlar da olub.

Azinforum.az  musavat.com-a istinadən xəbər verir ki, Türkiyədə yaşayan əməkdar artist Məlahət Abbasova da müzakirələrə biganə qalmayaraq sosial şəbəkədə öz mövqeyini bildirib.

Aktrisa qeyd edib ki, bəstəkarı gözdən salmağa çalışırlar: “İllərdən bəri ailəlikcə tanıdığım, sevdiyim, dəyər verdiyim, evində çörək kəsdiyim, eyni zamanda dəyərli ananın və atanın qızı olan Aygün Səmədzadənin söylədiklərini bilərəkdən yanlış olaraq xalqın gözünə soxmağa çalışan, uğurlarını qısqanan, gözü götürməyən pis qəlbli, ruhlu şəxsləri, qarayaxma siyasətini qınayıram.

Ətrafında sevdiyi dostlarının 90 faizi rayonlu olan, hit mahnıları ilə bir çox rayonlu sənət insanlarını Azərbaycan xalqına qazandıran bir sənət insanının fikirlərini 3 qramlıq beyinləri ilə fərqli bir yerə çəkmək istəyirlər. Belə ucuz bir yola əl ataraq onu gözdən salmalarını xainlik olaraq qiymətləndirirəm. Mənim də anam və atam rayonludur. İllərdir ki, Aygünü və ailəsini tanıyıram. Necə humanitar bir ailə olduqlarını bilirəm. Onlar arasında rayonlu və bakılı ayrı-seçkiliyinin olduğunu hiss etməmişəm. Sənətçilərimizi bəzi ucuz, qısqanc insanların oyununa gələrək incitməyin, küsdürməyin. Yanında olun, uydurma sözlərə inanmayın”.

Aktrisa mətbuat orqanlarına da səslənib: “Həqiqəti öyrənmədən qulaqdan-qulağa gəzən uydurma sözlərə inanmayıb. O yalan xəbərlərə həqiqət kimi saytlarınızda yer versəniz, o yalanın bir parçası olarsız. O yalan xəbəri uyduranlar, bir insanın uğurlarını qısqananlardır. Hamınız bir yerə gəlsəniz də Aygün Səmədzadə etməzsiz!”

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …

Bir cavab yazın