Cümə axşamı , Yanvar 28 2021
Ana səhifə / Cəmiyyət / Ziya Məmmədovun qardaşı oğlu vəzifəsindən uzaqlaşdırıldı — ƏMR

Ziya Məmmədovun qardaşı oğlu vəzifəsindən uzaqlaşdırıldı — ƏMR

Yeni Baş prokuror Kamran Əliyev sabiq Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlunu işdən çıxarıb.

BakuPost xəbər verir ki, bu gün verilən əmrlə Baş prokurorun böyük köməkçisi, baş ədliyyə müşaviri Məmmədov Namiq Nəriman oğlu vəzifəsindən azad edilib.

Baş prokurorun digər əmri ilə N.Məmmədov kiçik vəzifəyə təyin edilib.

Bundan sonra o, FHN, DTX, DSX-nin istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru kimi çalışacaq.

Qeyd edək ki, əvvəllər Daxili işlər orqanlarında çalışan N.Məmmədov sabiq Baş prokuror Zakir Qaralovun uzun illər köməkçisi olub və onun ən yaxın adamlarından biri hesab edilib.

Həmçinin oxuyun

ATU-nun daha bir əməkdaşı rektordan şikayətçidir

Azərbaycan Texnologiya Universitetinin (ATU) rektoru Akif Süleymanovla bağlı “Hürriyyət”də dərc olunan “ATU-da baş verən qanunsuzluqlar …