Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / Ziya Məmmədovun oğlunun dostu Heydərovu mediada necə “vurdurur”? – TƏFƏRRÜAT

Ziya Məmmədovun oğlunun dostu Heydərovu mediada necə “vurdurur”? – TƏFƏRRÜAT

Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun patronluğu ilə fəaliyyət göstərən və əsl sahiblərinin kimliyi məxfi saxlanılan media quruluşlarında fövqəladə hallar naziri Kamaləddin Heydərova qarşı böyük anti-kompaniya başlanılıb.

Bununla bağlı Savash.org-u məlumatlandıran mənbənin sözlərinə görə, istər Gömrük Komitəsində, istərsə də Heydərovun nəzarəti altında olan digər qurumlar daxilindəki məxfi məlumatlar məhz bu şəbəkə vasitəsilə tirajlanır. Bu işin başında isə nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun yaxın dostu, eyni zamanda Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Elnur Abdullayev dayanır.

Xatırladaq ki, nəqliyyat naziri Ziya Məmmədov 03 avqust 2015-ci il tarixli əmri ilə oğlunun yaxın dostu Elnur Nazim oğlu Abdullayevi Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi vəzifəsinə təyin edib. Qeyd edək ki, yeni təyinata qədər E.Abdullayev “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” MMC-nin baş direktoru vəzifəsində çalışıb.

Mənbənin Savash.org-a bildirdiyinə görə, Elnur Abdullayevin qeyri rəsmi funksiyalarından biri də Ziya Məmmədov komandasının media siyasətini yürütməkdən ibarətdir. Onun maliyyə dəstəyi ilə ayaqda olan bir neçə informasiya portalının fəaliyyət göstərdiyini iddia edən qaynağımızın sözlərinə görə, həmin saytlarda Ziya Məmmədovun hakimiyyət içindəki rəqiblərinin “vurulması” mütəmadi olaraq müşahidə olunur.

Qeyd edək ki, Ziya Məmmədovun media siyasətini müəyyənləşdirən Dövlət Avtomobil Nəqliyyatı Xidməti rəisinin xidməti səlahiyyətləri kifayət qədərdir və onun tabeliyindəki qurumlar aşağıdakılardır:

“Bakı Sərnişin Nəqliyyatı” MMC,
“Avtomobil yük daşımalarının təşkili” MMC,
“1 saylı Gəncə Regional Nəqliyyat” MMC,
“2 saylı Quba Regional Nəqliyyat” MMC,
“3 saylı Şirvan Regional Nəqliyyat” MMC,
“4 saylı Lənkəran Regional Nəqliyyat” MMC,
“5 saylı Yevlax Regional Nəqliyyat” MMC,
“6 saylı Şəki Regional Nəqliyyat” MMC,
“7 saylı Göyçay Regional Nəqliyyat” MMC,
“8 saylı Sumqayıt Regional Nəqliyyat” MMC,
“9 saylı Ucar Regional Nəqliyyat” MMC,
“10 saylı Şəmkir Regional Nəqliyyat” MMC,
“11 saylı Tovuz Regional Nəqliyyat” MMC,
“12 saylı Beyləqan Regional Nəqliyyat” MMC,
“13 saylı Cəlilabad Regional Nəqliyyat” MMC,
“14 saylı Şamaxı Regional Nəqliyyat” MMC,
“15 saylı Mingəçevir Regional Nəqliyyat” MMC,
“Nəqliyyatservis” MMC,
Tədris-Kurs Kombinatı və
Respublika Texniki İdman Klubu.

Bundan başqa paytaxtda fəaliyyət göstərən taksi şirkətlərindən birinin Elnur Abdullayevə məxsus olduğu deyilir. Həmin şirkətdəki taksilər əslində Ziya Məmmədovun oğlu Anar Məmmədova məxsus olduğu və şirkətin idarə edilməsi, maliyyə hesabatlarına nəzarəti Elnur Abdullayev həyata keçirdiyi bildirilir. Həmçinin qeyd olunan taksi şirkətində Elnur Abdullayevin pay sahibi olduğu deyilir.

Xatırladaq ki, Elnur Abdullayevin adı qiyməti yarım milyonluq avtomobil sifarişçiləri arasında da hallanıb.

Növbəti yazımızda isə Elnur Abdullayevin mediada həyata keçirdiyi qaranlıq fəaliyyətlə bağlı daha təfərrüatlı məlumat verməyə çalışacağıq.

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …

Bir cavab yazın