Cümə , Oktyabr 23 2020
Ana səhifə / Cəmiyyət / Ziya Məmmədovu yaxın adamı həbs olundu – Rüşvət üstündə

Ziya Məmmədovu yaxın adamı həbs olundu – Rüşvət üstündə

Nəqliyyat Nazirliynin daha bir məsul şəxsi həbs olunub. Azinforum.az xəbər verir ki, unikal.orga daxil olan məlumata görə, Nəqliyyat Nazirliyinin Yolların Mühafizəsi Xidmətinin Ağstafa Tərəzi Məntəqəsinin məsul şəxsi Qasımov Elçin Qasımoğlu polis tərəfindən saxlanılıb.

Əldə etdiymiz məlumata görə, o, vəzifə səlahiyyətlərini aşaraq Qazaxıstana gedən tranzit yük maşınlarını saxlayaraq yol polisi əməkdaşları adından rüşvət alıb. Bu səbəbdən də hüquq mühafiəzə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Onu da qeyd etmək lazımdır ki, bir müddət əvvələ qədər Yolların Mühafizəsi Xidmətinin Tərəzi Məntəqələrinə nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Nəriman Məmmədov nəzarət edirdi.

Hazırda həbs olunan Elçin Qasımov da həm Ziya Məmmədova, eləcə də Nəriman Məmmədova yaxın şəxslərdən olub. Hətta nəqliyyat sistemində Ziya Məmmədovun «sağ əli» kimi tanınırdı.

Qeyd edək, bir müddət öncə prezidentin fərmanı ilə Nəqliyyat Nazirliyinin sərəncamında olan Yolların Mühafizəsi Xidməti Dövlət Yol Polisinin nəzarətinə verilib. Amma Nəqliyyat Nazirliyinin bəzi əməkdaşları qanunları pozaraq köhnə əməllərini davam etdirirlər.

O da bildirilir ki, Yolların Mühafizəsi Xidmətinin Ağstafa Tərəzi Məntəqəsinin məsul şəxsi Qasımov Elçin Qasımoğlunın qanunsuz əməllərini əks etdirən video-görüntülər də var. Bu səbəbdən də onunla bağlı ciddi tədbirlərin görüləcəyi qaçılmazdır.

Həmçinin oxuyun

Zəngilanda üzərinə bayraq sancılan prokurorluq binası ilə bağlı məlumatlar

Oktyabrın 20-də kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə Zəngilan şəhəri və ətraf əraziləri işğaldan azad …

Bir cavab yazın