Çərşənbə , Sentyabr 18 2019
Ana səhifə / Cəmiyyət / Zirəddin Rzayevin qəbul qiymətləri məlum oldu

Zirəddin Rzayevin qəbul qiymətləri məlum oldu

Moskvada yaşayan azərbaycanlı ektrasens Zirəddin Rzayev konsultasiya üçün 1000 avro (1960 AZN) pul istəyir.

Bu haqda Lenta.Ru yazır.

Onun yanında müalicə kursu isə 5000 avroya (9800 AZN) başa gələcək. Biznes konsultasiya üçün müraciət edənlər isə 10000  avro (19600 AZN) ödəməli olacaqlar.

Onu da qeyd edək əvvəllər Azərbaycanda müəllim kimi çalışan Z.Rzayev Rusiyada qatıldığı şoudan sonra məşhurlaşır. Hazırda Moskvada onun beş mənzili və bir iqamətgahı var.

Həmçinin oxuyun

“Məktəblərdə qiymətləndirmə şəffaf aparılmır” – RƏY

“Keyfiyyətli təhsilin ən mühüm meyarlarından biri də təhsil alanın bilik və bacarığının obyektiv və ədalətli …