Şənbə , Sentyabr 21 2019
Ana səhifə / Cəmiyyət / Zeynəbin çin olan arzusu: “Hələ də inana bilmirəm” – VİDEO

Zeynəbin çin olan arzusu: “Hələ də inana bilmirəm” – VİDEO

Azərbaycan Dillər Universitetinin “Jurnalistika” fakültəsinə ödənişli əsaslarla qəbul olan Zeynəb Əlizadənin iki illik təhsil haqqı ödənilib. Zeynəb bu gün ADU-da qeydiyyatdan keçib və rəsmən tələbə adını qazanıb.

Məlumat üçün bildirək ki, Astara sakini Zeynəb Əlizadə müəllim yanına hazırlığa getmədən ali məktəbə qəbul olub. Atası olmayan, anası isə yataq xəstəsi olan Zeynəb və bacı-qardaşı nənələrinin himayəsində böyüyüb. 

Ailənin maddi durumu yaxşı olmadığı üçün gənc qız illik təhsil haqqını ödəyə bilmirdi. Zeynəbin təhsilini davam etdirməsi üçün ötən gün Azvision.az saytında dərc olunan yazı geniş rezonans doğurdu və mərhəmətli oxucularımız jurnalist olmaq arzusu ilə yaşayan Zeynəbə maddi yardım göstərdilər. Nəticədə gənc qızın iki illik təhsil haqqı ödənildi. 

Bundan əlavə, digər bir oxucumuzun təşəbbüsü ilə onun adına bank hesabı açıldı və IV kursu bitirənə qədər hər ay hesaba 100 manat vəsait köçürüləcək. Zeynəbin yataqxanada qalması üçün ADU tərəfindən də şərait yaradılıb və o, 4 il ərzində pulsuz yeməklə təmin olunacaq. 

Xeyirxah insanlarımızın sayəsində arzusu çin olan Zeynəb bu gün redaksiyamızın qonağı oldu. Tələbə qız onun təhsil alması üçün maddi köməklik göstərən hər kəsə öz təşəkkürünü bildirdi və ona yardım edən insanların ümidlərini doğruldacağını söylədi. 

Həmçinin oxuyun

“İki sahil” qəzeti Neftçilər Gününə həsr olunmuş xüsusi buraxılış hazırlayıb

Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində, iqtisadi qüdrətinin artmasında, dünya iqtisadi sisteminə inteqrasiyasında və dünya birliyində layiqli …