Cümə axşamı , Oktyabr 6 2022
Ana səhifə / Cəmiyyət / Zakir Qaralovun ölkədən çıxışına icazə verilmədi

Zakir Qaralovun ölkədən çıxışına icazə verilmədi

Azərbaycanın sabiq baş prokuroru Zakir Qaralovun müayinə və müalicə üçün Almaniyaya getmək niyyəti baş tutmayıb.

Bu barədə Gununsesi.info-ya sabiq baş prokurorun yaxınları bildirib.

Buna səbəb isə  Qaralovun ölkədən çıxış üçün icazə istəyinə “yox” deyilməsidir.

Yaxınlarının bildirdiyinə görə, qaraciyər problemindən əziyyət çəkən Qaralova “yuxarıdan” “Almaniyadan həkimini dəvət elə, özü gəlsin” cavabı verilib.

Saytımızı bilgiləndirən mənbənin sözlərinə görə, sabiq baş prokuror bu günlərdə vəfat edən yaxın qohumlarından birinin məclisinə də gedə bilməyib.

Onun işdən azad olunmasından sonra yenidən içkiyə qayıtdığı və bunun da səhhətində ciddi problemlərə səbəb olduğu deyilir.

Həmçinin oxuyun

AYB sədri qurultayın niyə keçirilmədiyinə aydınlıq gətirdi

Azərbaycan Yazıçılar Birliyinin (AYB) qurultayının keçirilməsi üçün vəsait köçürülməlidir. Bunu AYB sədri, Xalq yazıçısı Anar …