Çərşənbə , Mart 22 2023
Ana səhifə / Cəmiyyət / Zakir Qaralov 5 min manat pensiya alır

Zakir Qaralov 5 min manat pensiya alır

Azərbaycanın sabiq baş prokuroru Zakir Qaralovun aldığı pensiya məbləği bəlli olub.

Bu barədə Gununsesi.info-nun araşdırmazı zamanı bəlli olub ki,  Zakir Qaralov 5000 manata yaxın pensiya alır. Məlumatda o da deyilir ki, Zakir Qaralov hələ baş prokuror çalışdığı son illərdə də maaşla bərabər pensiya alırmış.

Bildirilir ki, Zakir Qaralov özü pensiyaya çıxandan sonra prokurorluq işçilərinin pensiya üçün yaş həddinin artırılmasına nail olub. O zaman bu narazılıqla qarşılansa da heç kəs Baş Prokurora qarşı çıxa bilməyib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sözçüsü Fazil Talıblı Gununsesi.info-ya açıqlamasında Zakir Qaralovun pensiya məbləği barədə danışmdaqdan imtina edib. O, bildirib ki, pensiya məbləği  şəxs haqqında fərdi məlumatlar sırasına daxil edildiyindən bu barədə onun özü tərəfindən, yaxud da müvafiq məhkəmə sorğusu ilə açıqlama verilə bilər.

Qeyd edək ki, bir neçə gün əvvəl Azərbaycanın sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun da 6 min manat pensiya alması barədə xəbər vermişdik.

Həmçinin oxuyun

QMİ Ramazan ayı ilə bağlı FƏTVA VERDİ

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurası Ramazan – orucluq ayının başlanması ilə əlaqədar fətva verib. …