Bazar ertəsi , Noyabr 28 2022
Ana səhifə / Cəmiyyət / “Zəng etdi ki, Hacı, avtomobilim tikə-tikə oldu, narkoman, sərxoşun biri…”

“Zəng etdi ki, Hacı, avtomobilim tikə-tikə oldu, narkoman, sərxoşun biri…”

“Cibində 10 manat varsa, bir nəfər də səndən 2-3 manat yardım istəyəndə, biganə qalırsansa, elə bil, bəla sənin evindədir. Üç manat verəcəkdin, bəla səndən uzaqlaşacaqdı, vermədin, 30 manat çıxacaq. Otuz manat istəyirsə, vermirsənsə, 300 manat çıxacaq. Beləcə məsələ böyüyür…”

Bunu din xadimi Hacı Surxay Məmmədli bildirib.

S.Məmmədli bunun açıq şahidi olduğunu qeyd edib: 

“Xaricdə yaşayan bir tanış məni ziyarətə gəlmişdi. Yola salanda, gördüm, bahalı maşını var. Bir nəfər qadın gəldi, kömək istədi, dedi, uşaq evdə acdı. Məscidlərdə belə şeylər olur. Xanıma dedim, gözləyin, çünki cibimdə pul yox idi. Qonaq dedi ki, hacı, yığışdır bunları, dilənirlər, belə şey olmaz. Dedim, məsciddir, belə adamların gəlməsi normaldır. Dedi, əşşi, Allah istəsəydi, buna da pul verərdi də. Çox narahat oldum. Onu, sonra da qadını yola saldım. İki saat sonra zəng etdi ki, Hacı, avtomobilim tikə-tikə oldu, narkoman, sərxoşun biri maşını məhv etdi. Nə qədər ziyan dəydi… Dedim, yazıqlar olsun, siz qadına 2-3 manat verməklə bəladan qurtulacaqdınız. Bu, reallıqdır, danmaq olmaz. Dərhal telefonu bağladı… Bəlaların nazil olmasına səbəb yardım istəyənə kömək etməməkdir. Məzluma kömək etməyin çox böyük fəziləti var”. \\Pravda.az

Həmçinin oxuyun

Sənubər İsgəndərli: “Qızıma çox qadağa qoyduğuma görə peşmanam” – FOTO

“Məndə insanlara qarşı həmişə məsafə var. Zarafat sevirəm, deyib-gülməyi xoşlayıram. Çalışıram kiminsə qəlbinə dəyməyim, amma …