Çərşənbə axşamı , Dekabr 1 2020
Ana səhifə / Cəmiyyət / Yüzlərlə azərbaycanlı qadın İranda seksual istismara məruz qalır? – AÇIQLAMA

Yüzlərlə azərbaycanlı qadın İranda seksual istismara məruz qalır? – AÇIQLAMA

ABŞ Dövlət Departamenti ötən ayın sonlarında dünyada insan alverinə qarşı mübarizəyə dair ənənəvi və növbəti illik hesabatını yayımlayıb.

Həmin hesabatın ölkəmizlə bağlı bölümündə hökumətin əvvəlki hesabat dövrü ilə müqayisədə insan alverinə qarşı mübarizə sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi, həmçinin insan alverçilərinin təqibi və həbsi, eləcə də bu cinayətlərin qurbanlarının müəyyən olunması istiqamətində Azərbaycanın səylərini artırdığı, hökumətin qurbanların müdafiəsinin və dövlətin nəzdində fəaliyyət göstərən sığınacaqların maliyyələşdirilməsinə diqqəti artırdığı qeyd olunur.

Bunu hüquq müdafiəçisi Mətanət Əzizovanın yüzlərlə azərbaycanlı qadının İranda seksual istismara məruz qalması ilə bağlı dediklərini şərh edərkən virtualaz.org-a Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə deyib.

 

O əlavə edib ki, məsələni “şərh” edən, “Qadın Krizis Mərkəzi”nin rəhbəri kimi təqdim olunan Mətanət Əzizova isə respublikamızın insan alveri ilə mübarizə sahəsində Dövlət Departamenti tərəfindən də təqdir olunan uğurlarını görməzdən gələrək görünür hazırda xaricdə yaşaması səbəbindən bugünkü real faktlara deyil, özünün 7-8 il əvvəlki hansısa “xatirələri”nə istinad edir, hər vəchlə bəzi subyektiv fikirlərə həqiqət donu geyindirməyə çalışır, guya yüzlərlə azərbaycanlı qızın və qadının müxtəlif adlar altında İrana aparılaraq orada insan alverinin qurbanına çevrildiyini iddia edir.

Yüzlərlə azərbaycanlı xanımın yaxın və uzaq xaricdə fahişəliyə cəlb olunmasından konkret heç bir fakta, ciddi dəlil-sübuta söykənmədən danışaraq əslində birinciləri təhqir etməsi Mətanət Əzizovanın ağızdolusu bəhs etdiyi mental dəyərlərə necə “önəm” verməsinin əyani göstəricisidir. Amma əlahəzrət faktlar isə əksini sübut edir.

Qeyd olunmalıdır ki, 2006-cı ildən etibarən Azərbaycan vətəndaşlarını qonşu ölkədə insan alverinə məruz qoyan 8 cinayətkar qrup, 1 mütəşəkkil dəstə ifşa edilib. İranda insan alverinə  dair ən son qeydə alınan fakt 5 il əvvələ, 2012-ci ilə təsadüf  edir. Peşəkarlıqla həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 2008-2011-ci illərdə Tehran şəhərində 13 vətəndaşımızı cinsi istismar etmiş, İran və Azərbaycan vətəndaşlarından ibarət transmilli mütəşəkkil dəstənin bütün üzvləri ifşa edilərək məsuliyyətə cəlb olunublar.

2009-2017-ci illərdə müəyyən edilmiş 503 insan alveri qurbanından yalnız 23-ü və ya 4,5 faizi İranda insan alverinə məruz qalıb. 2014-2017-ci illərdə müəyyən edilən qurbanların heç biri qonşu ölkədə insan alverinə ümumiyyətlə məruz qalmayıb.

Cinsi istismara məruz qalmış qadınlarımızın edam cəzasından və polisdən qorxduğuna, eyni zamanda, guya mental dəyərlərə görə cinsi istismara məruz qalmalarına dair hüquq-mühafizə orqanlarına müraciət etməmələri barədə də fikirlər həqiqətdən uzaqdır.

DİN rəsmidi qeyd edib ki, Daxili İşlər Nazirliyi və onun ixtisaslaşdırılımış struktur qurumu olan İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi insan alveri və onun formalarına qarşı mübarizə üzrə anonimlik və konfidensiallığı təmin etməklə vətəndaş cəmiyyətinin nümayəndələri, həmçinin kütləvi informasiya vasitələri ilə sıx əməkdaşlıq edir. Baş idarəyə bilavasitə tabe olan, 10 ildir fəaliyyət göstərən “Qaynar xətt” (tel: 152 və 562-21-12) insan alveri cinayətindən zərərçəkmiş şəxslərə, insan alverinin ehtimal olunan qurbanlarına və potensial qurbanlarına, xüsusən qadın və uşaqlara yardım məqsədilə məlumat-məsləhət xidməti göstərir. M.Əzizovanın əlində azərbaycanlı xanımların xaricdə insan alverinin qurbanlarına çevrilməsi barədə hər hansı fakt və ya informasiya varsa, o zaman onları müvafiq araşdırmanın aparılması və hüquqi qiymət verilməsi üçün aidyyatı baş idarəyə təqdim edə və ya “Qaynar xətt”ə məlumat verə bilər. Lakin adıçəkilən xanım tərəfindən indiyədək nə baş idarənin email ünvanına ([email protected]), nə də İnternet səhifəsinin onlayn bölməsinə (www.insanalveri.gov.az) heç bir müraciət daxil olmayıb.

Onun sözlərinə görə, “Qaynar xətt” həftənin bütün günləri sutka ərzində nəinki respublika ərazisində, eyni zamanda, dünyanın hər bir ölkəsindən daxil olan zəngləri qəbul edir və bu xətt zəng edən abonentlərin konfidensiallığını təmin edir.

Həmçinin oxuyun

Son damla qanına qədər Kəlbəcərdə qalmalı olan keşiş dabanına tüpürüb İrəvana qaçdı

Erməni xalqı cəbhədə və masa arxasındakı rüsvayçı məğlubiyyətdən bütün müstəvilərdə öz nəsibini alır. Xalq olaraq …

Bir cavab yazın