Cümə axşamı , İyun 17 2021
Ana səhifə / Cəmiyyət / Yumşaldılmaların tarixi açıqlandı: İdman zalları iyunda, toylara isə…

Yumşaldılmaların tarixi açıqlandı: İdman zalları iyunda, toylara isə…

Toylarla bağlı müəyyən normativlər olacaq, iştirakçı sayı və müddətlə bağlı məhdudiyyətlər tətbiq ediləcək. 


Bunu ARB24-ün “İş vaxtı” verilişinə açıqlamasında həkim Vasif İsmayıl deyib.  


“Yəqin ki, toy və yas məclislərinə icazə ilə bağlı qərarlar olacaq.  Lakin bunun üçün bir neçə ay gözləməli olacağımızı düşünürəm”, – o bildirib. 


Həkim qeyd edib ki, iyunda idman zalları ilə bağlı da qərarın qəbulu gözlənilir: 


“Bu gün ən vacib və açılması real olan məsələlərdən biri idman zallarıdır. İdman zalları məsələsini mütləq qaldırmaq lazımdır.Bu zallara nəzarət etmək və reyd keçirmək asandır. 


Hesab edirəm ki, iyunda karantin tədbirləri ilə bağlı bir çox dəyişikliklər olacağını görəcəyik”.

Həmçinin oxuyun

Vilayət Eyvazov məşhur rəisi işdən çıxardı

Daxili İşlər orqanlarında növbəti kadr dəyişikliyi olub.Manşet.az xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət …