Çərşənbə , Sentyabr 18 2019
Ana səhifə / Cəmiyyət / Yüksək bal toplayan abituriyentlərin sayı açıqlandı

Yüksək bal toplayan abituriyentlərin sayı açıqlandı

“Ali məktəblərə qəbul imtahanlarında abituriyentlərin 9,8 faizi 500-700 arası bal toplayıb”

Bunu təhsil eksperti Kamran Əsədov deyib. O, 2018-2019-cu il üçün ali məktəblərə ilk qəbul imtahanlarının bəzi nəticələrini açıqlayıb. Bildirib ki, yaz qəbul imtahanlarında ümumilikdə I-IV ixtisas qrupu üzrə 68 min abituriyent imtahan verib:

“I ixtisas qrupu üzrə 27478 nəfər iştirak edib, onlardan 1916 nəfər 500-700 arası bal toplayıb. II ixtisas qrupu üzrə nəfər 16700 iştirak edib, onlardan 1328 nəfər 500-700 arası bal toplayıb. III ixtisas qrupu üzrə 18900 nəfər iştirak edib, onlardan 2145 nəfər 500 – 700 arası bal toplayıb. IV ixtisas qrupu üzrə 4981 nəfər iştirak edib, onlardan 1365 nəfəri 500-700 arası bal toplayıb”.

Kamran Əsədov qeyd edib ki, 2018-2019-cu tədris ili üçün ali məktəblərə 45 min plan yeri ayrılıb: “Yaz sessiyasının qəbul imtahanlarında 10 nəfər maksimum nəticə, 700 bal toplayıb”.

Həmçinin oxuyun

Azərbaycanda 53595 şagird məktəbini dəyişib

Təhsil Nazirliyinə şagirdlərin elektron yerdəyişməsi ilə bağlı ümumilikdə 56462 müraciət daxil olub. Bu barədə APA-nın sorğusuna …