Bazar ertəsi , May 27 2024
Ana səhifə / Cəmiyyət / Yubileyini qeyd edən Firəngiz Mütəllimova: “Şuşaya köçəcəyim günü gözləyirəm”

Yubileyini qeyd edən Firəngiz Mütəllimova: “Şuşaya köçəcəyim günü gözləyirəm”

Bu gün Azərbaycanın Xalq artisti Firəngiz Mütəllimovanın doğum günüdür.

Sənətkarın 65 yaşı tamam olur. Məşhur aktrisa indiyə kimi çox sayda filmlərdə, tamaşalarda və seriallarda rol alıb. Firəngiz Mütəllimova hər zaman vətəndaşlar tərəfindən sevilən və hörmət olunan sənətçi olmağı bacarıb. 

“Cebhe.info” yubileyini qeyd edən Xalq artisti ilə əlaqə saxlayıb. Firəngiz Mütəllimova saytımıza açıqlamasında ad gününü sadə qeyd etdiyini söyləyib:

“Yubileyimi çox sadə şəkildə qeyd edirəm. Həmişə olduğu kimi, bu ad günümü də ailəmlə birgə keçirirəm. Səhər açılandan təbrik zəngləri və mesajları dayanmır. Hər biri sağ olsun. Təxmini say deyə bilmərəm, amma həddindən artıq insan məni təbrik etdi. Bütün iş yoldaşlarım, qohumlarım, tanışlarım və ətrafımda olan hər kəs zəng etdi, mesaj yazdı”. 

Əslən Şuşadan olan sənətçi doğma yurduna köçmək arzusundan da bəhs edib:

“Nə vaxt məsləhət bilsələr, Şuşaya köçməyə hazıram. Mən də səbirsizliklə Şuşaya köçəcəyim günü gözləyirəm”. 

Həmçinin oxuyun

“Baxdım, yaxşı çəkilib” – Rasim Balayev “Alatava” haqda

Xalq artisti Rasim Balayev “Alatava” serialı ilə bağlı yeni açıqlamalar edib. O, ekran işini izlədiyini …