Çərşənbə , Noyabr 13 2019
Ana səhifə / Cəmiyyət / Yolun çökməsinin arxasında korrupsiya dayanır? – Açıqlama

Yolun çökməsinin arxasında korrupsiya dayanır? – Açıqlama

Cəlil Məmmədquluzadə küçəsində yolun çökməsi ilə bağlı məsələnin arxasında korrupsiyanın dayanması barədə bizdə məlumat yoxdur.
Bunu Baş prokurorun müavini- Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bu ilin I yarımili ərzində görülən işlərə dair keçirilən mətbuat konfransında deyib.

K.Əliyev bildirib ki, əgər hansısa müvafiq qurumlardan bununla bağlı onlara müraciət daxil olsa, üzərlərinə düşən işləri görməyə hazırdırlar.

İdarə rəisi, əlavə edib ki, bütün ölkələrdə müxtəlif texnogen hadisələr müşahidə olunur və bunun arxasında hansısa korrupsiya halının olmasını düşünmək düzgün deyil.

Həmçinin oxuyun

Bakıda bəylə gəlin piketə düşdü (VİDEO)

Bakıda bəylə gəlin polislə jurnalistlərin arasında qalıb.Hadisə paytaxtın mərkəzi hissəsində – Bakı Şəhər İcra Hakimiyyətinin …