Çərşənbə , Sentyabr 23 2020
Ana səhifə / Cəmiyyət / “Yolumuzdan azmışıq, Allah bizi tərbiyə etmək istəyir”

“Yolumuzdan azmışıq, Allah bizi tərbiyə etmək istəyir”

“Əgər mən İmam Hüseynə yas saxlayıramsa, şadlıq, musiqi, yeyib-içmək, çimərlik, ad günü və gəzmək kimi şeylərdən kənar olmalıyam. Hicab bağlayıramsa, hicabımda düz olmalıyam. Əməl cəhətdən düz olub ondan sonra İmam Hüseyn əzadarlığını saxlamalıyam”.

Pravda.az xəbər verir ki, bu sözləri Hacı Rahim Məhərrəm ayında möminlərin necə davranmalı olduqlarından danışarkən deyib. Qeyd edib ki, əsas olan qarşılıqlı hörmət və ehtiramı qorumaqdır: “Bir də görürsən ki, adam dindardır, amma maşında musiqini tam açıb gəzir. İrad bildirəndə də dini musiqi olduğunu deyir. Kiminsə atası rəhmətə gedəndə dini musiqi ilə şəhərdə gəzir? Yox. Birinci mənəvi yas saxlanılmalıdır. Bununla həm mənəviyyatımız, həm əməlimiz düzələcək. Əgər namazımı vaxtında qılıramsa, kiməsə şər atmıramsa, deməli doğru yoldur. Biz yolumuzdan azmışıq. Allah bizi bu dövrdə tərbiyə etmək istəyir”.

Həmçinin oxuyun

Dövlət təhsil müəssisələri fəaliyyət üçün lisenziya almayacaq

Nazirlər Kabineti “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış …