Şənbə , May 28 2022
Ana səhifə / Cəmiyyət / Yollardakı vəziyyəti göstərməli olan məlumat lövhələri niyə işləmir? – VİDEO

Yollardakı vəziyyəti göstərməli olan məlumat lövhələri niyə işləmir? – VİDEO

Bir vaxtlar Bakı nəqliyyatının “düşünən beyni” hesab edilən monitorlar bilinməyən səbəbdən işləmir.

Bu problem küçə və prospektə görə dəyişir.

Elə ərazilər var ki, bir neçə ay, bəzilərində isə hətta bir ildən çoxdur, lövhələr sürücülərə heç bir informasiya verə bilmirlər.

Məlumat lövhəsinin olduğu yollardan biri də Atatürk prospektidir. Prospektdə nəqliyyat sıxlığı var, amma yollarda quraşdırılan və funksiyası insanları tıxaclar barədə xəbərdar etmək olan bu məlumat lövhələri işləmir. Bunun əziyyətini saatlarla tıxacda qalan sürücülər çəkir.

Xatırladaq ki, Nəqliyyatı İntelektual İdaretəmə Mərkəzi tərəfindən tənzimlənən lövhələrdə hansı küçə və prospektdə sıxlıq varsa o istiqamətdə ox işarəsi qırmızı, nisəbətən açıq olanda sarı, yolda hərəkət sürəti normal olan küçə istiqamətində isə yaşıl işıq yanırdı. Həmin məlumatverici lövhələr quraşdırılarkən məqsəd günün istənilən vaxtında yollarda sıxlığın qarşısını almaq idi.

Məlumat lövhələrinin işləməməsi ilə bağlı Bakı Nəqliyyat Agentliyinə müraciət etdik. Agentlikdən bildirdilər ki, Nəqliyyatı İntelektual İdaretəmə Mərkəzi artıq yol polisinin balansındadır, nəzarəti də onlar edir.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli ”Xəzər Xəbər”ə bildirdi ki, Nəqliyyatı İntelektual İdaretəmə Mərkəzinə bağlı olan infrasturukturun təhvil-təslim  prosesi başa çatmadığı üçün sistemə tam texniki müdaxilə etmək səlahiyəti formalaşmayıb. ”Poblemin aradan qaldırılması üçün zəruri addımların təhvil-təslim prosesindən sonra atılması mümkün olacaq”,-deyə idarənin baş inspektoru bildirdi.

Həmçinin oxuyun

Şeyxin biznesi haqda məlumat dövlət sirridirmi?

“Kanalların birində ölkənin Şeyxülislamı Allahşükür Paşazadənin qardaşı, millət vəkili Cavanşir Paşazadəyə sual verirlər ki, sizin …