Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / Cəmiyyət / Yol polisinin əməkdaşı kassasiya şikayəti verib

Yol polisinin əməkdaşı kassasiya şikayəti verib

Bakıda dələduzluqda təqsirli bilinən Ramis Əhmədov barəsində olan məhkəmə qərarından kassasiya şikayəti verib.

“Report”un xəbərinə görə, Ali Məhkəmədə keçiriləcək iclas oktyabrın 24-nə təyin edilib. Şikayət hakim Tahir Kazımovun sədrliyi ilə araşdırılacaq.
İttiham aktına əsasən, Nərimanov rayon Polis idarəsinin Dövlət yol polisi şöbəsinin əməkdaşı olmuş R.Əhmədov iş yoldaşı Elşən Məmmədovun qayını Pərviz Süleymana qarşı dələduzluq edib.
O, P.Süleymanın 25 500 ABŞ dolları məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Əhmədov 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində seçilmiş başqa yerə getməmək qətimkan tədbiri ləğv edilib və iclas zalında həbs olunub.

Həmçinin oxuyun

“Cəbrayılda rahat gəzə bilərəm, balam orada şəhid olub” – VİDEOREPORTAJ

Azərbaycan Televiziyası 44 gün davam edən Vətən Müharibəsində şəhid olan qəhrəmanlarımız haqqında növbəti süjetini yayımlayıb. Budəfəki …