Çərşənbə axşamı , Sentyabr 22 2020
Ana səhifə / Cəmiyyət / Yol polisindən mühüm addım (VİDEO)

Yol polisindən mühüm addım (VİDEO)

Bakı şəhəri, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilaktik-maarifləndirmə tədbirləri həyata keçirib.
Report xəbər verir ki, tədbirlərdə yol hərəkəti qaydalarının tələblərinə riayət etməyən sürücülər saxlanılaraq onlara qanunun tələbləri izah olunub. Yol nizamlayıcı nişanların tələblərini yerinə yetirməyən, avtobus dayanacağında avtomobil saxlayan və qanunvericiliyi digər formada pozan sürücülərə xəbərdarlıq edilib, həm özlərinin, həm də yol hərəkətinin digər iştirakçılarının təhlükəsizliyi üçün qaydalara daim əməl etmək tövsiyə olunub.
Həmçinin yolun qadağan olunmuş hissəsindən keçən piyadalarla da təhlükəsizliklə bağlı maarifləndirici söhbət aparılaraq, piyadalar üçün nəzərdə tutulmuş keçidlərdən isrtifadə edilməsi tövsiyə edilib və inzibati xəta ilə bağlı xəbərdarlıq olunub.
Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, paytaxtda xidmətin nümunəvi təşkili və aparılması, asayişin, vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən etibarlı qorunması nəzarətdə saxlanılmaqla, müvafiq tədbirlər davam etdirilir.

Həmçinin oxuyun

Şirkət rəhbəri prezidentə müraciət etdi

“Azər-Rabitə” MMC-nin direktoru Fikrət Fərzəliyev Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya  müraciət edib. …