Cümə axşamı , Dekabr 1 2022
Ana səhifə / Cəmiyyət / Yol polisi Arif Hacılını niyə saxlayıb? (AÇIQLAMA)

Yol polisi Arif Hacılını niyə saxlayıb? (AÇIQLAMA)

Müsavat Partiyasının başqanı Arif Hacılı saxlanılıb.
Bu barədə Qaynarinfo-ya partiyanın İcra Aparatının rəhbəri Gülağa Aslanlı bildirib. Onun sözlərinə görə, partiya rəhbəri yol hərəkəti qaydalarını pozmaqda ittiham olunub:
“Həyat yoldaşı da maşında olub. Hadisə yerinə başqa polis briqadası çağırılıb və Arif bəy idarəyə aparılıb. Hazırda telefonuna zəng çatmır. Nəticənin nə olduğunu deyə bilmərəm. Əgər yol hərəkəti qaydası pozulubsa, onun cəriməsi və cəzası var. İndi kimisə yol hərəkəti qaydalarını pozduğuna görə polisə aparmırlar. Aidiyyatı qurumdan bildiriş gəlir və cəriməsi göstərilir”.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev isə bildirib ki, Müsavat Partiyasının başqanı Arif Hacılı polis idarəsinə aparılmayıb:
“Adi qayda pozuntusu olub, protokol tərtib edilib və sərbəst buraxılıb”

Həmçinin oxuyun

Zaur Baxşəliyev Nərminin qətlinə görə məhkəməyə çağırıldı

Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın …