Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Yevlax DYP postunda sürücünü döydülər – VİDEO

Yevlax DYP postunda sürücünü döydülər – VİDEO

Dövlət Yol Polisinin Yevlax postunda baş vermiş bir hadisə ilə bağlı şikayət daxil olub.
Şikayətçi İsmayılov Rauf bildirir ki, sragağün ona məxsus “Kamaz” markalı 10 UR 382 nömrəli avtomobili Yevlax postunda saxlayaraq nalayiq sözlərlə təhqir ediblər, nəticədə yaranmış münaqişədə sürücüsü Tanrıverdiyev Ramini döyərək xəsarət yetiriblər.
Şikayətçi deyir ki, hər iki postun komandiri Zakir müəllim adlı polis zabiti və Xalid adlı müfəttiş dəfələrlə ona məxsus “Kamaz” postdan keçərkən problem yaşadıb saatlarla saxlayıblar. Səbəbsə bu olub ki, digər “Kamaz” sürücüləri kimi onlara aylıq verməkdən imtina edir. Sürücü deyəndə ki, axı mən başqaları kimi ayda 10 dəfə deyil, cəmisi 3-4 dəfə reysə çıxıram, mən o pulu necə verim, deyiblər ki, onda burdan keçmə. Sonuncu dəfə isə Bakıya torpaq apararkən postda mübahisə daha da qızışaraq sürücünün döyülməsiylə nəticələnib. İnsidentin baş verməsinə səbəb isə həmin vaxt postu 3 maşının eyni vaxtda keçərək saxlamaması olub. Bundan qəzəblənən polislər həmin 3 “Kamaz”ı posta qaytarıblar, Tanrıverdiyev Ramini isə təhqir ediblər ki, özün pul vermirsən, başqa sürücüləri də yoldan çıxarıb bizə “salam” vermədən postdan keçirirsən.
İndi şikayətçi deyir ki, sürücüsünün döyüldüyünü görərək 102 xidmətinə zəng vurub. Bundan sonra isə həımin polislər qəzəblənərək sürücünü Yevlax rayon polis şöbəsinə aparıblar, iki gündür ondan xəbər yoxdur.
Şikayətçi deyir ki, onun maşınına son iki ayda 8 cərimə yazıblar. Yəni deyiblər ki, neçə ki, şərtlərə boyun əymirsən, hər dəfə burdan keçəndə səni cərimələyəcəyik…

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …

Bir cavab yazın