Ana səhifə / Cəmiyyət / Yeriniz görünəcək Ramiz müəllim! – Kamran Ramazanlı

Yeriniz görünəcək Ramiz müəllim! – Kamran Ramazanlı

Görkəmli ziyalımız, dövlət mükafatı laureatı, akademik Ramiz Məmmədovla baglı çoxsaylı məqalələr, kitablar yazılmış və gələcəkdə də yazılacaqdır.

Ramiz müəllimlə ilk tanışlıgım 1997 – ci ildə oldu.

BDU – n 5 – ci kurs tələbəsi idim.Həmin dövrdə Ramiz müəllim AMEA – n H.Əliyev adına Cografiya institutunda direktor müavini vəzifəsində çalışırdı, eyni zamanda dövlət imtahan komissiyasının sədri idi.

Tələbəlik illərində aktiv ictimai fəaliyyətlə məşgul olurdum.Ramiz müəllim görkəmli elm xadimi olmaqla yanaşı, hər zaman ictimai fəaliyyət göstərmişdir.

2002 – ci ildən daha sıx əlaqə saxlamaga başladıq.Gürcüstanda soydaşlarımızın problemlərinin həllinə dəstək olmaq üçün bir qrup ziyalılarla birgə ” Körpü ” Azərbaycan – Gürcüstan Əlaqələri Cəmiyyətini təsis etdik. Ramiz müəllim yekdilliklə sədr, rəhmətlik Arif Əmrahoglu və mən müavin seçildik.Hər həftə mütamadi iclaslarımız və tədbirlərimiz olurdu.İşinin çox olmasına baxmayaraq, bütün tədbirlərin təşkilinə rəhbərlik edirdi.

Daha sonrakı dövrdə istər Milli Məclisdə, istərsə də Dövlət Komitəsində çalışdıgım vaxtlarda Ramiz müəllimlə tez – tez əlaqə saxlayıb, görüşərdik və məsləhətlərini dinləyərdim.Dörd ilə yaxın Gürcüstanda yaşadım. Ara – sıra telefon əlaqəsi saxlayırdım, hər dəfə bildirirdi ki, aktiv ictimai fəaliyyətini bərpa etməlisən.

2018 – ci ildən Ramiz müəllimlə birgə mühüm əhəmiyyətli tədbirlər keçirdik.Onun agsaqqallıgı ilə 28 sentyabr 2019 – cu il tarixində SOYDAŞ İctimai Birliyini təsis etdik. Ramiz müəllim Məsləhət Şurasının sədri, mən İdarə heyətinin sədri seçildim.Pandemiya dövrü başlasada xeyli işlər götdük, kitablar nəşr etdirdik, bir sıra tədbirlər təşkil etdik.Məlum idi ki, iş qrafiki zəngin idi, səhhətində problemlər vardı, buna baxmayaraq vaxt tapıb, tədbirlərə qatılırdı.

Vəfatından 2 gün öncə ( 5 iyun 2021 – ci il tarixində) tarix elmləri doktoru Fəxri Hacıların ” 19 – cu əsr Borçalı əhalisinin imtiyazlı zümrələri ” kitabının təqdimat mərasimini təşkil etmişdik.Tədbirə gəldi və gözəl bir çıxış etdi.

6 iyun tarixində zəng edərək, tədbirin yaxşı təşkil olundugunu bildirdi, belə tədbirlərin vaxtaşırı təşkilinin vacib oldugunu söylədi.Sonda bildirdi ki, sabah işə gələndə yanıma gələrsən deyiləsi sözüm var…

Səhər işə getdim, vəfatı xəbərini bildirdilər.Dogma, əziz, qaygıkeş agsaqqalımızın vəfatı məni çox sarsıtdı. Nə etmək olar?

Ramiz müəllimin ruhu daima bizimlə olacaq, ictimai mühitdə onun arzuladıgı işləri yerinə yetirəcəyik.

Ruhun şad olsun bənzərsiz şəxsiyyət!

Ramiz müəllimin yeri hər zaman görünüb və görünəcək!

Kamran Ramazanlı, SOYDAŞ İctimai Birliyinin İdarə Heyətinin sədri

Həmçinin oxuyun

9 min manata Həcc ziyarəti? – “QMİ məsələyə aydınlıq gətirməlidir“

Bu il Azərbaycana Həcc ziyarəti üçün 680 nəfərlik kvota ayrılıb. Həcc ziyarətinin qiyməti bir nəfərə …