Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / “Yeraz Mehman”ın qumar şəbəkəsi tam çökdürülüb, özü isə  gizlənir

“Yeraz Mehman”ın qumar şəbəkəsi tam çökdürülüb, özü isə  gizlənir

Azinforum.az xəbər verir ki, ölkənin “qara” qumar biznesi manopoliyasına nəzarəti həyata keçirən “Yeraz Mehman” və onun şəbəkəsi ciddi problemlə üzləşib. Son vaxtlar  hüquq -mühafizə orqanlarının  qanunsuz qumar oyunları ilə bağlı mübarizəni daha da gücləndirməsi sözügedən şəbəkə üçün  keçilməz səd yaradıb. İstəklərini gizli məkanlar vasitəsilə həyata keçirə bilməyən qumarbaz şəbəkə,  çıxış yolunu mobil telefonlara göndərilən ismarıclarda görüb. Onlar bu vasitə ilə   mərc proqnozlarını qəbul edirmiş.

Bu məqam hüquq-mühafizə orqanlarının diqqətindən yaynmayıb və keçirilən əməliyyat nəticəsində “Yeraz Mehman”ın ən yaxın iki adamı həbs edilib. Hazırda onlar barəsində əməliyyat-istintaq hərəkətlərinin aparıldığı bildirilir. Həbs edilənlərdən  birinin adı Nicatdır, digərinin adını dəqiqləşdiririk.

Qumarbazlar Kürdəxanıdakı istintaq təcridxanasında saxlanılır.  “Silahdaşlarının”  hadisədən sonra, “Yeraz Mehman”da yoxa çıxıb. Onun da həbs edilmə  etimalının yüksək olduğu söylənilir.  “Yeraz Mehman”ın əzəli  yaxın şəriklərindən biri olan Rüfət adlı qumarbaz isə yenə də sudan quru çıxmağı bacarıb. Çünki onun adı heç vaxt belə işlərdə hallanmayıb. Ancaq Rüfətin bu şəbəkənin əsas beyin mərkəzi olduğu söylənilir.

Mövzuya qayıdacayıq…

Azinforum.az

Həmçinin oxuyun

Məcburi köçkünlərin geri qayıdışı üçün 1,2 milyonluq təbliğat işləri görüləcək

Məcburi Köçkümlərin Sosial İnkişaf Fondu tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) nəticəsi açıqlanıb.Yeniavaz.com xəbər verir ki, …

Bir cavab yazın