Şənbə , Avqust 13 2022
Ana səhifə / Cəmiyyət / Yeni universitetlər, xaricdən müəllim gətirilməsi: təklif çox, amma realmı? – ŞƏRH

Yeni universitetlər, xaricdən müəllim gətirilməsi: təklif çox, amma realmı? – ŞƏRH

Azərbaşəraitycanda yeni təhsil sisteminin yaradılmasına mane olanlar var. Dövlət yeni, çevik ali təhsil müəssisələri yaradıb, Bakıya yaxın rayonlarda onların fəaliyyəti üçün  yaratmaq istəyir. Hökumət bununla həm də xaricə axan zəkanın və maliyyənin qarşısını almaq istəyir. Gənclərə səviyyəli, keyfiyyətli təhsil vermək üçün planda xaricdən müəllimlər də dəvət etmək var.

Bununla həmçinin xaricdə daha yüksək təhsil almaq istəyən, amma buna imkanı olmayan gənclərə şərait yaradıla bilər. Məlumatlara görə, Təhsil Nazirliyi də bu projenin alınmasında maraqlıdır. Lakin Mehdiyevçi qvardiyanın hələ də hakimiyyətin ayrı-ayrı qollarında qalan nümayəndələri ölkə və millət üçün bu vacib prosesi tormozlayır, imkan vermir. Hardasa 2005-2007-ci illərdə ali məktəblərin Bakının mərkəzi hissələrindən köçürülməsi planı vardı. O vaxt da buna maneçilik törədildi. Bəs ekspertlər necə düşünür?

Meleyke Elizade1.jpeg (62 KB)

Məleykə Əlizadə 

Tarix elmləri üzrə fəlsəfə doktoru, əməkdar müəllim, Təhsil Nazirliyi Yanında ictimai Şuranın üzvü Məleykə Əlizadə “Yeni Müsavat”a bildirdi ki, dünyanın bütün ölkələrində universitetlər müxtəlif şəhərlərdə yerləşir: “Azərbaycanda mövcud şəhərlərdə də universitetlər var, ancaq çox az saydadır. Region gənclərini paytaxta cəlb etməklə əhalinin sayını artırmaq lazım deyil. Region universitetlərində təhsilin səviyyəsini qaldırmaq lazımdır ki, gənclər ilk növbədə o universitetləri seçsinlər. O ki qaldı universitetlər üçün yeni kampusların tikilməsinə, bəli, bu belə olmalıdır. Şəhərin mərkəzində 20 min kontingenti olan universitetin mövcud olması bir sıra problemlərə səbəb olur. Yeni nəsil yetişdirmək üçün yeni yanaşmalar lazımdır – şəhər ətrafında kampusların salınması və tələbə üçün bütün imkanların yaradılması, kampusda qalmayan tələbələr üçün nəqliyyatın təşkili, tələbə büdcəsinə uyğun bufetlərin təşkili və s. ADA Universitetinin təcrübəsindən istifadə edilə bilər”.

M.Əlizadə yeni universitetlərin təsis edilməsinin əleyhinədir: “Təcrübə göstərdi ki, təsis edilmiş universitetlərin bir neçəsi özünü doğrultmadı və bağlandı. Mövcud universitetlərin gücləndirilməsi istiqamətində yeni ”yol xəritə”ləri hazırlanmalıdır. Bu işdə utopik yanaşmalardan istifadə etmək olmaz, mövcud reallıq nəzərə alınmalıdır, gəncləri yeniliyə alışdırıb islahatları keçirmək lazımdır. Azərbaycanda ikili diplomların verilməsini, əcnəbi dildə təhsili, dünyanın müxtəlif ölkələrinin aparıcı universitetlərində çalışan müəllimlərin müqavilə ilə dəvət edilməsini yüksək qiymətləndirirəm. Ancaq bu o halda effektiv olacaq ki, əcnəbi müəllimin sillabusu ilə bizim gənclər ayaqlaşa və hazırlaşa bilsinlər.

Tədrisin keyfiyyəti fənnin təqdimatından və əvvəl tələbələrin əldə etdikləri bilik səviyyəsindən çox asılıdır. Mənə elə gəlir ki, qəbulun şərtlərini asanlaşdırıb universitetlərdə təhsilin  məzmununu köklü dəyişmək zamanı çatıb. Rəqabətədavamlı təhsil güclü mütəxəssislərin hazırlanmasına xidmət edəcək. Tələbələrə araşdırma aparmağı, təhlillər etməyi, istinadlar üçün axtarışlar etməyin yolunu öyrətmək lazımdır. Bunun üçün isə pedaqoji heyəti gücləndirmək əsas şərtlərdən biridir”.

Təhsil İnstitutuna yeni direktor təyinatı | Azərbaycan Respublikası Təhsil  Nazirliyi

Rüfət Əzizov

Təhsil Nazirliyi Yanında ictimai Şuranın üzvü Rüfət Əzizovun fikrincə, yeni universitetlərin təsis olunmasına ehtiyac var: “Elə universitetlər var ki, onların tərkibində yeni ixtisaslar yaradıla bilər. Lakin alternativ, bərpa olunan enerji sahəsi üzrə universitetin yaradılması müzakirə oluna bilər. Bu istiqamətdə bilik və bacarığın verilməsi üçün hazırda imkan və şərait yoxdur. Təbii ki, təkmilləşmə və inkişaf üçün əcnəbi mütəxəssislərin gəlməsi mütləqdir. Türkiyə təcrübəsinə nəzər salsaq, akademik araşdırma mühiti bizdən daha üstündür. İkili diplom proqramları çərçivəsində xarici ölkədən professor heyəti ya xaricdən gəlir, yaxud tədrisi onlayn aparırlar. Bu, təcrübə mübadiləsinin təkmilləşməsi üçün lazımdır”.

Həmçinin oxuyun

“Qızları xaricə göndərməyə ehtiyac yoxdur“

“İndiki dövrdə nəinki qız uşaqlarını, oğlan uşaqlarını da xarici ölkələrə tək buraxmaq risklidir”. BunuSağlam Cəmiyyət Hərəkatının …