Çərşənbə axşamı , Dekabr 1 2020
Ana səhifə / Cəmiyyət / Yeni təyin edilən nazirlər hansı tanınmışların övladıdır?

Yeni təyin edilən nazirlər hansı tanınmışların övladıdır?

Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev Nazirlər Kabinetinin tərkibini təsdiqləyib.
Nazirlər Kabinetinin tərkibində gənclərə də yer verilməsi təqdir edilir. Onların həm də tanınmış nəsillərin davamçısı olduğu üzə çıxıb.​
Axar.az verdiyi məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiə naziri təyin edilən 38 yaşlı Sahil Babayev tanınmış polis polkovniki Rafiq Babayevin oğludur. R.Babayev uzun müddət DİN Pasport və Qeydiyyat İdarəsinin rəisi vəzifəsini daşıyıb.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə gətirilən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rövşən Rzayev Bakının məşhur prokuroru (1994-98) Şükür Rzayevin oğludur.
Kənd Təsərrüfatı naziri vəzifəsinə təyin edilən İnam İmdad oğlu Kərimovun ailəsi də öz intellekti və yüksək təhsili ilə seçilir. Onun qardaşı Mətin Kərimli hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini vəzifəsini daşıyır.

Həmçinin oxuyun

“Topçu” arağına görə cəmiyyət etiraz etdi, əsgərin atası razılığını geri çəkdi…

İki gündür ki, sosial şəbəkələrdə və mətbuatda Vətən savaşının qəhrəmanlıq simvollarından biri, cəsur topçumuz Vüsal …