Ana səhifə / Cəmiyyət / YENİ ŞURAYA KİMLƏR DÜŞƏCƏK? – RUFİZ QONAQOV, ŞAHİN İSMAYILOV, EMİN HƏSƏNLİ VƏ DAHA KİMLƏR…

YENİ ŞURAYA KİMLƏR DÜŞƏCƏK? – RUFİZ QONAQOV, ŞAHİN İSMAYILOV, EMİN HƏSƏNLİ VƏ DAHA KİMLƏR…

Martın 9-da  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası üzvlüyünə “İnsan hüquqları və demokratiya” qrupu üzrə seçki keçirilib.
İclası açıq elan edən Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli 674 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası haqqında Əsasnamə”nin 3.6-cı bəndinə və 4.8.7-1. yarımbəndinə uyğun olaraq, Şura üzvlüyünə qeydə alınmış namizədlərin seçilməsi üçün ixtisaslaşmış 8 QHT qrupunda seçkilərin keçiriləcəyini deyib. F.Gurbanov seçkilərin azad, şəffaf və demokratik şəkildə keçirilməsi üçün lazımi şəraitin yaradıldığını bildirib.
İclasa açıq səsvermə ilə Sahib Fərzəliyev sədr, Zemfira Mustafayeva isə katib seçilib. Sonra say komissiyasının 3 nəfərdən ibarət tərkibi müəyyən edilib. Sahib Fərzəliyev bildirib ki, iclasda qeydə alınmış 71 QHT nümayəndəsindən 65-i iştirak edir. Hər bir nümayəndə maksimum 3 namizədə səs verə bilər.
Şura üzvlüyünə namizədlər “Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası” İctimai Birliyinin sədri Səbuhi Abbasov, “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası” İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov, “Ahıl Ziyalılara Qayğı” İctimai Birliyinin sədri Nurullayev Nəsrulla və “Neftçilərə Hüquqi Yardım Mərkəzi” İctimai Birliyinin sədri Nəbi Rəhimov iclasda çıxış ediblər.
Səsvermədən sonra nəticələr açıqlanıb. Ən çox səs toplayan ilk 3 nəfər Sahib Məmmədov (60 səs), Nəbi Rəhimov (21 səs) və Nəsrulla Nurullayev (20 səs) olub.

rufiz

  RUFİZ QONAQOV

Qeyd edək ki, seçki prosesini Niderlandın Azərbaycandakı səfiri, Avropa İttifaqı və Rumuniyanın ölkəmizdəki səfirliklərinin nümayəndələri və media təmsilçiləri izləyib.

Azinforum.az-ın əldə etdiyi məlumata görə, Şuraya keçirilən bu seçkilər əvvəlki illərlə müqayisədə olduqca gərgin atmosferdə keçir. Bu, özünü qruplar üzrə iddialı QHT rəhbərlərinin bir-birlərinin dalınca cevirdiyi işlərdə, gizli kompromat savaşında biruzə verir. Düzdür, hamısı iqtidarın ayırdığı maliyyədən bəhrələnən QHT rəhbərlərindən kimsə cəsarət edib açıq müstəvidə, mətbuta vasitəsilə rəqiblərinə qarşı savaş aça bilmir. Ancaq hiss edilən budur ki, Şuranın yeni tərkibi rəngarəng isimlərdən təşkil ediləcək.  

 

sh                                                                       

Ən  böyük sürpriz  isə bundan əvvəlki seçkilərdə 2 dəfə Şura üzvü seçilən bəzi sadiq QHT rəhbərlərinin  yenidən həmin tərkibə düşə bilməməsilə bağlı olacaq. Onlardan bəziləri  bunun səbəbini anlamasalar da, artıq bəri başdan məğlubiyyətləri ilə barışıblar.  İddialı namizədlərdən Şuraya seçilmə şansı yüksək olan daha üç sürpriz namizədin adı çəkilir. Onlardan birinCisi – Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri Rufiz Qonaqov,  ikincisi -Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov, üçüncüsü   isə, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri,  Emin Həsənlidir.

 

emin

EMİN HƏSƏNLİ

Ən maraqlısı isə budur ki, öz qruplarında seçilmək üçün təbliğat aparan  namizədlərdən bəziləri  hətta  gələcəkdə Şura sədri seçilə biləcəkləri kimi fikirləri də açıq ifadə edirlər. Ancaq aparılan müşahidələr göstərir ki, Şuraya kimin üzv seçilməsindən asılı olmayaraq, millət vəkili Azay Quliyevin gələcək dönəmdə də, öz postunda qalacağı daha real və inandırıcıdır.

ÇİNARƏ SEYİDOVA

AZİNFORUM.AZ 

 

 

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın