Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Cəmiyyət / “Yeni səlahiyyətlər ASAN Xidmətə çətinlik yaratmayacaq”

“Yeni səlahiyyətlər ASAN Xidmətə çətinlik yaratmayacaq”

Yanvarın 17-də prezidentin imzaladığı fərmanla Bakı şəhərində, habelə “ASAN xidmət” mərkəzlərinin yerləşdiyi digər inzibati ərazi vahidlərində bu mərkəzlər tərəfindən yerinə yetirilən bütün xidmətlər yalnız ASAN-da təqdim ediləcək.

Qeyd edək ki, ölkə prezidentinin “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2012-ci il fərmanının 5-ci hissəsinə əsasən ASAN mərkəzlərdə aşağıdakı xidmətlər göstərilirdi:

Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı:

– doğumun qeydə alınması;

– ölümün qeydə alınması;

– nikahın qeydə alınması;

– nikahın pozulmasının qeydə alınması;

– övladlığa götürmənin qeydə alınması;

– atalığın müəyyən edilməsinin qeydə alınması;

– adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması;

– vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələrin (təkrar şəhadətnamələrin) verilməsi;

Notariat fəaliyyəti;

Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;

Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;

Sürücülük vəsiqələrinin dəyişdirilməsi;

Məhkumluq barədə arayışların verilməsi;

– yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında arayışın verilməsi;

Daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı:

– mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;

– daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;

– fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;

– torpaq üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışın, həmin torpaq sahəsinin planının və ölçüsünün verilməsi;

Kommersiya hüquqi şəxslərin və vergi ödəyicilərinin qeydiyyatı;

Hüquqi və fiziki şəxslərə arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin verilməsi;

Gömrük bəyannamələrinin, gömrük rəsmiləşdirilmələri üçün sənədlərin qəbulu;

Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazələrin, habelə haqqı ödənilən əmək fəaliyyətini həyata keçirmələri üçün iş icazələrinin verilməsi;

– Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı sorğuların qəbulu və cavablandırılması;

– Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması;

Torpaq kadastrı məlumatları barədə arayışların verilməsi;

Əmək pensiyalarının təyin edilməsi;

Dövlət orqanlarının göstərdikləri bütün xidmətlər üzrə informasiya xidmətinin həyata keçirilməsi;

Hərbi qeydiyyatla bağlı: 

– yaşayış yeri üzrə qeydiyyata alındığı və ya qeydiyyatdan çıxarıldığı hallarda çağırışçıların və hərbi vəzifəli vətəndaşların hərbi qeydiyyata alınması və hərbi qeydiyyatdan çıxarılması;

–  vətəndaşın hərbi qeydiyyatda olmasına dair arayışın verilməsi;

– vətəndaşa müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verildiyinə dair arayışın verilməsi;

– həqiqi hərbi xidmət keçmiş şəxsə hərbi xidmətkeçmə haqqında arayışın verilməsi;

– vətəndaşın müddətli həqiqi hərbi xidmətə göndərildiyinə dair arayışın verilməsi;

Xaricdə istifadə üçün nəzərdə tutulan sənədlərə dair Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən apostil verilməsi üçün sənədlərin qəbulu;

Qida təhlükəsizliyi ilə bağlı əməliyyatların qeydiyyatı: 

– qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması və müvafiq dövlət reyestrindən çıxarışın (onun dublikatının) verilməsi;

– qeydiyyata alınmış subyektlərin reyestr məlumatlarında dəyişiklik edilməsi;

– qida təhlükəsizliyi sertifikatının verilməsi;

– Avropa İttifaqının yeyinti məhsullarının idxalı ilə bağlı tələblərinin icrasını həyata keçirmək məqsədilə həmin ölkələrə yeyinti məhsullarının ixracı ilə məşğul olan istehsal və emal müəssisələrinə müvafiq sənədlərin (məlumatların) verilməsi;

– Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) xüsusi razılıq (lisenziya) verilməsi.

Prezidentin fərmanına əsasən Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Vergilər Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Əmlak Məsələləri Dövlət Komitəsinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Miqrasiya Xidmətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Qida Təhlükəsizliyi Agentliyinin və Milli Arxiv İdarəsinə bu dövlət xidmətlərini bilavasitə icra edən bölmələrinin ştat vahidlərinin ümumi say həddi daxilində həmin dövlət orqanlarının işçilərinin ümumi say həddinin azaldılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Prezidentə təqdim etmək tapşırılır.

osman Gündüz ile ilgili görsel sonucu

“Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirir ki, prezidentin struktur dəyişikliyinə dair fərmanları dövlət idarəetməsində paralelliyin aradan qaldırılması baxımından mühüm əhəmiyyət kəsb edir: “İndiyədək real vəziyyət beləydi ki, eyni ərazidə eyni bir xidməti vətəndaş 3-4 mənbədən əldə edə bilirdi: dövlət qurumunun özündən, onun ASAN-dakı şəxsindən, ”Elektron hökumət” portalından, nəhayət, həmin qurumun internet saytından. Qarmaqarışıq bir situasiya idi. Əgər ASAN-da dövlət qurumunun işçisi varsa, eyni işə görə daha bir və ya bir neçə işçini dövlət qurumunun özündə saxlamağa nə ehtiyac var? Bundansa xidmətlərin bütünlüklə ASAN-a verilməsi daha məqsədəuyğun və düzgün yanaşmadı: həm büdcə vəsaitlərinə qənaət baxımından, həm xidmətlərin keyfiyyəti baxımından”.

Yuxarıdakı məlumatdan da görünür ki, ASAN xidmət mərkəzlərinin təqdim etdiyi xidmətlər kifayət qədər çoxsaylı və geniş çeşidlidir. Bu xidmətlərin yalnız ASAN-dan təqdim olunması qurumun yüklənməsinə, xidmətin keyfiyyətinin aşağı düşməsinə gətirib çıxara bilərmi?

O.Gündüzün fikrincə, belə perspektiv gözlənilən deyil: “ASAN opreativliyi və şəffaflığı təmin edən çevik bir qurumdur. Müraciətlər çoxalarsa, xidmət göstərənlərin də sayı artırılacaq və hər hansı problem yaranmayacaq”. (Musavat.com)

Həmçinin oxuyun

İşğaldan azad olunmuş ərazilərdə sərhəd zastavalarından Reportaj (FOTO/VİDEO)

İşğaldan azad olunmuş Cəbrayıl və Zəngilan rayonları ərazisində Soltanlı, Xələfli, Qumlaq və Xudafərin sərhəd zastavaları …